Hanı Güney, Qaramanım?

 

Qələndər Xaçınçaylıdan bir şeir

Elədi

Kəsilsin o kəsin başı,
Bizi bizdən elədi.
İtirdik qohum-qardaşı,
Bizi cırtdan elədi.

Yas içində bağça-bağım,
Quruyubdu yaşıl tağım,
Hanı Güney, Qaramanım?
Bizi yurddan elədi.

Tapdalandı qeyrət-arım,
Talanıbdır sərvət, varım,
Sayı yoxdur məzarların,
Bizi xortdan elədi.

Dərdimizi kimə açaq,
Daşıyırıq qucaq- qucaq,
El-obada sönüb ocaq,
Bizi oddan elədi.

Lənət sənə dəli şeytan,
Gör kimlərə verdin meydan,
Cəlladların gözündə qan,
Bizi çoxdan elədi.
29.11. 2018.

Müəllif:  Qələndər Xaçınçaylı

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir