OLUR

İldırım Əkbəroğlundan bir şeir

OLUR

Yolu qan-qadalı şöhrətin-şanın,
Zirvə sevinci var zirvə aşanın.
Ön yerdə yeri yox düz danışanın,
Yalan söz düz sözdən keçəri olur.

Çoxları elinin qəstinə durdu,
Vətəndən daşıdı,qürbətdə qurdu.
Cır quşlar sevərlər yuvanı-yurdu,
Yekələr gəzəyən,köçəri olur.

Boz çöllər od tutub qalar boz külü,
Libas eyləməsə çiçəyi,gülü.
Deyilən xoş söz var açar könülü,
Zalım bir ürəyin açarı olur.

İldırım,vətənin ,yurdun var,bəsin,
Gözün yox əlində haram bir kəsin.
Meydan haqqın olsa gur çıxar səsin,
Düz söz düz meydanda keçəri olur.

Müəllif: Ildırım Akberoğlu

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir