ƏBÜLFƏZ ÜLVİ – SEVGİDƏN

SEVGİDƏN

Ay Allah, sevgidə nə sirr var görən,
Məcnun, Leyli düşüb dilə, sevgidən.
Bəlkə Adəm babam, Həvva sevəndən,
Belə ilmə vurub dölə sevgidən.

Bəzən üz ağardıb, saça qar qoyub,
Bəzən çiçək açıb, bəzən bar qoyub,
Sevən, sevdiyinin adın yar qoyub,
Gül adı verilib gülə, sevgidən.

Sevgisiz qəlbləri zaman udardı,
İnsan idrakını duman tutardı,
Vallah nə dağıdar, nə yandırardı,
Topda da olsaydı lülə sevgidən.

Onun izi olan hər bir məkanda,
Nifrət qala bilməz bir an sükanda,
İşə bax, ölümdən qorxub, qaçan da,
Könüllü can atar ölə, sevgidən.

Ülvi, qoy söyləyim bu hisslər həm də,
Ondan bu inamı yaradıb məndə,
Atam da, anam da, babam, nənəm də,
Bu yaşda doymurlar hələ, sevgidən. 
11.12.2018.

Müəllif: EBULFEZ ELİEV

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“BƏKLİYOR BİZLƏRİ ZƏFƏR BİSMİLLAH” – ŞƏMİSTAN ƏLİZAMANLI – QUTLU OZAN.

Hamımızın sevimlisi, səsi cəng sədalı, qələbə soraqlı  Şəmistan Əlizamanlı dünyaca məşhur, olduqca müxtəlif dillərə dublyaj olunub, demək olar ki, dünyanın hər yerində böyük maraqla növbəti seriyası səbirsizliklə gözlənilən  “Diriliş Ertuğrul” dizisinin  127-ci bölümündə  növbəti dəfə səhnə alaraq Ərtoğrul bəyin  qonağı olmuş, igid-ər Əlpləri (Alp) zəfər cənglərinə ruhlandırmışdır. Yeni – yeni uğurlar Şəmistan bəy,  gün o gün olsun ki, qələbə sorağını sizin səsinizlə öz efirlərimizdən eşidək….  Ozanın dilindən dediyiniz kimi: – “BƏKLİYOR BİZLƏRİ ZƏFƏR BİSMİLLAH…”

HƏMİN O KADRLAR:

USTAC.AZ


WWW.YAZARLAR.AZ
 və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

===========================================================