SONA AMAL – GÖZƏLDİR

GÖZƏLDİR

(Bir aşiqin dilindən)

Pəncərədən mənə boylanan gözəl,
Camalına qonan xal nə gözəldir?!
Baxışın dil açıb, söyləyir: “Gəl!Gəl!”,
Yanağına çökən al nə gözəldir?!

Sanıram, həyatda tapdım tənimi, 
Silərəm gözümdən kədər, qəmimi,
İzin ver, darayım ipək telini,
Başına saldığın şal nə gözəldir?!

Fərəhdən köksümə sığmayır könlüm,
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Dodağına qonan təbəssüm, gülüm,
Dilindən süzülən bal nə gözəldir?!

15. 12. 2018-ci il.

Müəllif: SONA TEYMURBEYLİ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ARZU GÖYTÜRK – DAŞ ADAM

DAŞ ADAM

Mən özüm sevmişdim o daş adamı,
O “Daş” əzir məni qınayammıram…
Mən “kədər qadınam” xoşbəxt olanda,
Güzgüdə özümü tanıyammıram…

Əynimə gen olur sevinc libası,
İztirab boyuma biçilib mənim.
Dünya yaratmışdım o “Daş adamdan”,
Dünya gözlərimdə kiçilib mənim…

Tanrıya bənzəyir sevgim…nə cismi,
Nə rəngi,nə də ki qoxusu yoxdur.
Gözümü dəyişdim başqa göz ilə,
İndiki gözümün yuxusu yoxdur…..

Müəllif: ARZU GÖYTÜRK

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

TƏVƏKKÜL GORUSLU – GÜLÜM

SƏNLİ DƏ ÖLÜRƏM, SƏNSİZ DƏ GÜLÜM!

Əhd etdik intizar, hicran olmasın,
Yad əldən sevgimiz viran olmasın,
Nə mənsiz, nə sənsiz bir an olmasın,
Sənli də ölürəm, sənsiz də gülüm!

Bu könlün, ürəyin oldun sənəmi,
O vaxtdan bir sevda yaxır sinəmi,
Qoyum yandıramı, ya ki, sönəmi,
Sənli də ölürəm, sənsiz də gülüm!

İndi də sən yoxsan, candan can gedir,
Elə bil eşq adlı bir cahan gedir,
Nə fərqi aşikar, ya pünhan gedir,
Sənli də ölürəm, sənsiz də gülüm!

Heç kim söyləməsin yazıb yayıbdı,
Goruslu özünü aşiq sayıbdı,
Bəlkə susmalıydı, bəlkə ayıbdı,
Sənli də ölürəm, sənsiz də gülüm!

 14.12.2018

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

MÖVLUD AĞAMMƏD – DEYİR…

Leysan olub göz yaşım,dolmuş o ümman deyir….

Leysan olub göz yaşım,dolmuş o ümman deyir.
Məcnun olub dərdi çək, qəmdən alış-yan, deyir.
***
Gər dilədim dərdinə dərman olum,olmadım
Bimar olub, dərdinin çarəsi loğman-deyir.
***
Vədə verib,əhd edib,əhdinə sadiq qalıb 
Sultan olub taxtıma bir gecə mehman deyir.
***
Onsuz ötür günlərim daima ah-zar ilən,
Zənni yerim hər zaman külbeyi-ehsan deyir
***
Meydən uzaq olmağım çox da güman etdilər,
Könlüm evim olmuşam, Mövluda, viran deyir.

12.12.2014. Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

XALİQ RƏHİMLİ – ATA ŞEİRİ

ATA

(Atamın ad gününə)

Mənə mübarizə öyrətdin xeyli 
Sənin öyüdündən doya bilmədim 
İndiki daşlardan daş asılıbmış
Mən daşı daş üstə qoya bilmədim

Yüz fikir bir borcu ödəməz, ata
Bu belə taledi, bu belə baxtdı
Getdi o yürüşüm, getdi o cəhdim
Yerimdə sayıram gör neçə vaxtdı

Necə oğul oldum sənə bilmirəm 
Mənnən öyünməyə dəyərmi ata?! 
Fələk də adamın ümidlərini 
Bu qədər baltalar, döyərmi ata?!..

Çoxalır qəlbində Tanrının nuru
Üzündə bir aylı gecə görünür 
Allah ömür versin bizə də, – görək
Doxsanda bu dünya necə görünür

İmkanlar, fürsətlər arxada qaldı 
Başımı qatmışam şeirə, sözə
Baxmayıb yaşımın bu çağına mən 
Sabah danlanmağa gələcəm sizə….

Müəllif: Xaliq Rehimli