Sona Abbasəliqızı – Təsəlli

Sona Abbasəliqızı
Təsəlli

Söyləsəm də unut məni, unutma,
Eşq atəşin kül eyləmə, soyutma.
Ovutmursan bu könlümü, ovutma,
Təsəlli ver, təsəllinlə yaşayım.

Şübhələrin duman kimi itəcək,
Arzuların gül olacaq, bitəcək.
Bu təsəllin imdadıma yetəcək,
Təsəlli ver, təsəllinlə yaşayım.

Başın üstən əskilməyən bir tacam,
Ocaq üstə hər gün yanan bir sacam,
Təsəllinlə, ümidinə möhtacam,
Təsəlli ver, təsəllinlə yaşayım.

Aramızdan keçə bilməz qara yel,
Gah kükrəyən,gah çağlayan dəli sel,
Ağarsa da intizardan qara tel,
Təsəlli ver, təsəllinlə yaşayım.
29.11.2018

Müəllif: SONA İSMAYILOVA

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================

Tuncay Mustafayev III yer

22 – 23 dekabr 2018 – ci il tarixlərində İmişli Rayon Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş idmanın Cüdo növü üzrə İmişli rayon açıq birinciliyi keçirilmişdir. Bakı şəhər, A. Hüseynzadə adına 20 N- li məktəb – liseyin şagirdi Tuncay Mustafayev bu yarışda növbəti uğura imza ataraq, (8+10 yaş) 21 kq çəki dərəcəsində III yer tutmuşdur. Bu münasibətlə Tuncayı təbrik edir, yeni-yeni uğurlar arzu edirik. Uğurların bol olsun, Tuncay!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

==========================================================