Vahid Əziz – İncimədin ki?

Vahid ƏZİZ

İNCİMƏDİN Kİ?

Düşmüşdüm dünyaya bəxt arayırdım,
səni görməyimdən incimədin ki?
Sənsiz bu dünyada bir belə, yarım,
ömür sürməyimdən incimədin ki?

Öpdüm; nəfəsimdə mehdən incidin,
ləçək dodağımda şehdən incidin,
qəlbimdə səslənən neydən incidin,
səni sevməyimdən incimədin ki?

Bilmirəm küsürsən mənim nəyimdən?
Bihuşam ərkindən, naz etməyindən,
sənə ulduzlardan, dağ çiçəyindən
çələng hörməyimdən incimədin ki?

Özüm də bilmirəm–gəzirəm nəyi?
Əlimin telinə müşgül yetməyi,
sənə öz ömrümü qurban etməyi
rəva bilməyimdən incimədin ki?

Əgər ölməliyəm–gəl məni öldür!
Deyib-gülməliyəm, qəlbimi güldür,
bütün savaşların sonluğu sülhdür–
qalib gəlməyimdən incimədin ki?
1998.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir