Qələndər Xaçınçaylı

O elə bir insanıydı…

O elə bir insanıydı,
Tanrı əllərilə
sifətinə nur çəkmişdi.
O nurun işığına bələnmişdi.
Bir xasiyyətdə idi,
Xəlbir-xəlbir ələkdən keçib,
zamanın sınağından ələnmişdi.
O elə bir insanıydı,
Gözlərində saflıq,
Qəlbində təmizlik,
mərhəmət vardı.
O elə bir insanıydı,
İlin hər fəslində də 
Baharıydı, yazıydı.
El gözünə sığsa da,
Özü elə sığmazdı.
Arzuları sönsuz,
Sahilsiz ümmanıydı.
Dünyanın hər yerindən,
hər işindən xəbərdarıydı.
Həyatda qayğıkeş, mehriban,
Gülərüz bir insanıydı.
Ovqat gətirərdi hər kəsə,
Yanından getməzdi
Dərdlinin dərdin bölməsə.
Pay aparardı evinə,
Şərik olardı xeyrinə, şərinə.
Sevinci dən-dən çırtlardı,
Qışın sazağında da,
Yayın istisində də çiçək açardı.
Sanki bir quş olub,
qanadlanıb uçardı.
O elə bir insanıydı,
Hətta ayağının səsindən
ağaclara qonan quşlar, 
sərçələr də gəldiyini hiss edərdi.
Ac qoymazdı,
Onlara dən verərdi.
Heyvanları sevərdi,
Onlara yem verərdi.
Təbiəti sevərdi,
Qapıda güllər,
ağaclar əkərdi,
Onların nazını çəkərdi …
Bir qarışqanı ayaqlayıb keçməzdi,
Bir çiçəyi, bir gülü 
saplağından üzməzdı.
O elə bir insanıydı,
Baxışları çox kövrək,
Ürəyi nazik, ipək,
Gül ləçəyinə bənzəyərdi.
Kəsməzdi bir kimsənin sözünü,
Sinəsinə döyüb, öyməzdi özünü.
Ağac kimi bar verəndə
Başın aşağı əyərdi.
Kiçiklərə öyüd-nəsihət verib, deyəydi:
-Ağıl başın tacı,
Sadəlik ucalıqdır.
Mənəm, mənəm deyib,
özünüzdən çıxmayın,
Lovğalıq, alçaqlıqdır.
Başa xələl gətirər,
insanalığa zərər gətirər.
Tanrı böyüklüyünü
uca tutun həmişə,
Təmzliyi qoruyun,
Siz yarıyın hər işə.
O elə bir insanıydı,
Bir pislik əlindən gəlməzdi,
Şeytana lənət deyib,
Heç onu da söyməzdi.
Çünki şeytanı da
Allah yaradıb, deyərdi.
Çox kəslər həddin aşardı,
Ancaq onların qarşısında
səbrlə danışardı.
Əyrini İlmə kimi düz sözünə keçirə-keçirə
onları doğru yola aparardı.
O elə bir insanıydi,
Şərəflə oturardı,
O, şərəflə durardı.
Günəş kimi qövr edib,
Yüksəklikdə durardı.
O elə bir insanıydı,
Yalan gəlməzdi dilinə.
Haram qatmazdı
öz halal çörəyinə.
Zəhmətin nə olduğunu
Alın tərində görərdi.
Qabarlı əlləriylə
Torpağa can verərdi.
Özündən böyüklərin
Yolunu saxlayardı.
Özündən kiçiklərə
Məhəbbətin salardı.
Hər vaxt dostu,qohumu
Axtaratdı, arıyardı.
O elə bir insanıydı,
Sevərdi insanları.
Axıtmağa qoymazdı
O, günahsız qanları.
O elə bir insanıydı,
Yükün özü çəkərdi.
Müftə, haram yeyəndən
Uzaq, kənar gedərdi.
O elə bir insanıydı,
O mənim atamıydı,
O mənim anamıydı.

17. 11.2018.

Müəllif: QƏLƏNDƏR XAÇINÇAYLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir