ƏJDƏR ƏLİZADƏ – PƏRVANƏ KİMİ…

PƏRVANƏ KİMİ…
(Rəməl bəhri: növ-6, variant VII)

Sən şəm ol, mən dolanım başına pərvanə kimi,
Sevmişəm çün səni, Məcnun nədi, divanə kimi.

Həsrətin çox çəkirəm mən o siyah tellərinin,
İzn(i) ver, qoy darayım saçlarını şanə kimi.

Özlədim mən səni lap çox, necə ki, sən də məni,
Sevgi hopmuş bədənə, yetmədədir qanə kimi.

Gözlərin məst eləyir şux baxıban sevgilinə,
Al yanaq lalə, ləbin qönçeyi-güldanə kimi.

Sən gülürsən, açılır qönçə dəhan, tez-tez gül,
Dişlərin cərgələnib, yanyana dürdanə kimi.

Həsrətin hey uçurur can evimi, ey dilbər,
İndi sənsiz gəzirəm sərsəri, məstanə kimi.

Görməyir göz, nə qədər dözməliyəm hicranə,
Yox əlac eyləyənim, dəhr(i)də meyxanə kimi.

Əjdərəm, cənnəti bəxş eylədi hər vəsli gülün,
Hicri qəmlər gətirir, fərz elə, qəmxanə kimi.

28.12.2018

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir