Asif OSMAN – Məni.


MƏNİ

Kədəri dağ boyda, qəmi tükənməz,
Yanğısı sinəmdə səngiyib sönməz,
Elə dərd vermisən dərdi bölünməz
İlahi, qanıma bələmə məni.

Vədəsiz gətirdin ömrümə qışı,
Yağdırdın başıma qarlı yağışı,
Onsuzda qurumur gözümün yaşı,
Keçirib ələkdən ələmə məni.

Yurdu talan olmuş didərginin mən,
Dağılmır başımdan nə duman nə çən,
Bəndən zülüm verir, Fələyin sitəm,
Özündən narazı eləmə məni.

22. 01. 2019.

Müəllif: ASİF OSMAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================