Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işə qəbul üzrə müsabiqə elan edir

İŞ AXTARANLAR, İŞƏ QƏBUL BAŞLADI:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər http://musabiqe.baku.edu.az/  portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat müddəti 23.01.2019-cu il tarixdə başlamaqla, 15 təqvim günü ərzində davam edəcək və 07.02.2019-cu il tarixdə saat 23:59-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd: Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər oluna bilər.

Əlaqə üçün:

Telefon: (012) 599 12 22 (daxili: 6022, 6025, 6028)

Elektron poçt: musabiqe@baku.edu.gov.az

İLKİN MƏNBƏ: Elanlar

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Rahim Üçoğlanlı Rzayev

BİR TƏZƏ QƏM GƏTİRMİŞƏM

Dur ay könül.,aç qapını,
Bir təzə qəm gətirmişəm.
Nazın çəkib qeydə qalıb,
Güclə canda bitirmişəm..

Olmaz belə boy biçimdən,
Lərzə gələr yer güçündən,
Milyonlarla,qəm içindən,
Ən gözəlin götürmüşəm.

Ay ürək çəp baxma belə,
Qarşıla,xoş gəldin elə.
Bir də bu qəm düşməz elə,
Kandara tək ötürmüşəm..

Aç qoynunu yer ver ona,
Başqa qəlbə qoyma qona,
Qəm deyil ki, o bir sona,
Öz gölünə yetirmişəm.!

Ağdam-25.01.2019

Müəllif: RAHİM UCOGLANLİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Vahid ƏZİZ – KÖVRƏK…


KÖVRƏK…

Arabir qar düşür şeirlərimə,
daha həyatımın kövrək çağıdır,
qayıda bilmirəm körpəliyimə,
ixtiyar amansız qocalığındır.

Elə sızıldayır dizlər-elə bil
köhnə arabanın təkərləridir,
ürək ağrıları artır ilbəil,
vaxtın əqrəbləri üstüynən gedir.

Şəbnəmlər içində qayğılı gözlər,
saçlara qoşulub qaşlar ağarır,
xəyal yuxularda kimisə səslər,
kimlərsə qəlbimi anıb çağırır.

Vaxtın əqrəbləri qaçaraq gedir,
zamanın qulpu yox-geriyə qurum,
qarşıda görünən ruhun yeridir,
arxada-məzartək dərin bir uçrum.

Uzaq körpəliyim,qayıt görüşək,
məni də binəva zaman unudar,
sinəmin üstündə mamır bitəcək,
amma,ətrafımı çiçəklər tutar.

Arabir qar yağar şeirlərimə,
daha həyatımın kövrək çağıdır,
qayıda bilmirəm körpəliyimə,
saxlayan amansız qocalğımdır.
19.01.2019.

Müəllif: VAHİD AZİZ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================