ADİL CƏFAKEŞ – SU ALININDI

SU ALININDI

( təcnis )

Lap dövrü – qədimdən qabar əllərin, 
Tər ilə tökülən su alınındı. 
Kənar dur, toxunma arxın bəndinə, 
Növbəsi çatıbdı, su Alınındı.

Ağı de, bu lentə yazıl ağıyla, 
Yazılmaz tarixi yazı lağıyla. 
Ad varmı, baş hərfi yazıla ğ – yla ,
Sorduğum ikinci sual, ı – nındı.

Kəsmir ulamağın, u – dasan, “qağa”,
Sanma tar çətindi, ud asan, “qağa”.
Məni bacarmazsan udasan, “qağa”,
Adiləm, bu cavab sualınındı.

Müəllif: ADİL CEFAKES

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir