Məzahir İsgəndər – Yalandı…

Y A L A N D I

Bir nəğməli, sazlı-sözlü ürəyəm,
Toxunmayın, əl vurmayın, amandı!
Bir fırtına, bir tufan var içimdə,
Vallah, Nuhun tufanından yamandı!

Öz dünyam var, öz dünyamda yaşaram,
Nə azaram, nə yolumu çaşaram,
Sel olaram, bənd-bərəni aşaram,
Deməyin ki zaman sizin zamandı!

Zalım,sürmə üzərimə day,atı,
Zəhər etmə özünə bu həyatı,
Sağım qələm,solum qoşma-bayatı,
Önüm sazdı, arxam tardı, kamandı.

Şeirdi-sənətdi eşqin zirvəsi,
Ora qalxar, kimin var eşq həvəsi,
Mən Füzuli, mən Nəsimi nəvəsi,
Onlarla da adım durub-qalandı!

Dünya, etdin niyə mənlə qəsdi, de,
Mərdə mərd de, nakəsə nakəsdi de,
Ay Məzahir,qismətinə bəsdi de,
Sözdən sonra nə var, hər şey yalandı!
25.01.2019

Müəllif: MƏZAHİR İSGƏNDƏR

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir