MƏMMƏD QƏDİR – MƏNƏ

Mənə

Sənsiz bu dünya oturmur, 
Ölçüdə, biçimdə mənə! 
Çıxarın bu toy libasın,
Yas qurun içimdə mənə!

Qovub min günah, azmışam, 
Yasa nə lazım yazmışam, 
Azmışam, vallah, azmışam, 
Əl tutun seçimdə mənə!

Nə xeyri var, coşam, daşam, 
Qanadları sınmış quşam, 
Vəfasıza vurulmuşam
Nə olar, keçin də mənə!

Sağalmır dəlin, köçürəm, 
Yığışın, gəlin, köçürəm, 
Əcələ gəlin köçürəm, 
Ağ libas biçin də mənə!

Bəxtimdən oğrandı butam, 
Keyfi göylərdə tabutam, 
Beşik anam, qəbir atam, 
Bir məzar seçin də mənə!

Müəllif:MEMMED QEDİR

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir