ABDULLA CƏFƏR – BİR AZ…


Bir az

Onsuz da qısadır bu həyat yolu,
Hər fikir ömürdən sökəcək bir az.
Ağlayıb kövrəltmə incə qəlbimi,
Unut dərdlərini, sevinək bir az.

Uşaqlıq çağları qayıtsın yenə,
Xəyallar keçmişi oyatsın yenə,
Arzu-diləyimiz boy atsın yenə,
Qayğısız illəri düşünək bir az.

Sevincli, kədərli sabahlar oldu,
Ömrümün yolları, boran, qar oldu.
Bəlkə də, bu bahar son bahar oldu,
Gəl yapış əlimdən tərpənək bir az.

Dünyamız bölünüb güclü-gücsüzə,
Silahlı-silahsız qalıb üz-üzə,
Tanrının neməti bəs etməz bizə,
Mizan-tərəzini düzəldək bir az.

Məndən uzaqdadır sevgilim, yarım,
Xiffətdən çürüyür bu ruhsuz canım,
Bura son mənzilim- gəlmişəm qalım-
Ruhum gəl məzara, diskinək bir az.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

MƏRYƏM ƏLİYEVA


Bir az dəli olasan ağıllılar gen gəzə…

Bir az dəli olasan “ağıllılar “gen gəzə,
Nə yaxşını ,nə pisi özün də bilməyəsən .
Addımların büdrəsə yaralansan dərindən,
Ellər ağlaya səni gözdən silinməyəsən.

Bir qulağın eşitsə biri qəfil kar ola,
Duymayasan ömrünü yalın ayaqlarınla.
Hönkürtüylə ağlasa ürək sənin yerinə,
Bağlayasan köksünü “qalın “ barmaqlarınla.

Yanğınlar ortasında közün alovsuz ola,
Özü içdən alışsa udmayasan tüstünü.
Tonqalının dilləri qalaq-qalaq olsa da,
Suluqların açılsa dadmayasan istini.

Xeyirin ortasında şər üstünü alanda,
Kəsilsə əl-ayağın qədər yenə yatmaya.
Baxışların danışsa susan dilin yerinə,
Olmasa da dayağın kədər sənə çatmaya.

Bir az dəli olasan ağıllılar gen gəzə,
Nə yaxşını ,nə pisi özün də bilməyəsən.
Addımların büdrəsə,yaralansan dərindən,
Ellər ağlaya səni,gözdən silinməyəsən.

Müəllif: ALİYEVA ALİYEVA MƏRYƏM

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

TƏVƏKKÜL GORUSLU

YAMAN NİGARANAM…

Söylədin yoldayam… səmtim şəhərə,
Məşğuldum, bilmədim nə deyim həmən.
Ürəyim əl verib indi qəhərə,
Yaman nigaranam səndən bu gün mən!

Düşdünmü həmişə düşdüyün yerdə,
Gəldimi avtobus, mindinmi bir də?
Narahat xəyalım qəmdə, fikirdə,
Yaman nigaranam səndən bu gün mən!

Keçdiyin küçələr öpsün ayağın,
Çöhrəndən gün silsin kədər boyağın,
Nur saçsın gözünə, olsun mayağın,
Yaman nigaranam səndən bu gün mən!

Goruslu heyrandı sənli gününə,
Şerimlə səs verim səsin, ününə,
Misramı yol edim , düzüm önünə,
Yaman nigaranam səndən bu gün mən!

25.01.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ETİBAR HƏSƏNZADƏ

Daşkəsənli gənc şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbir keçirilmişdir

25 yanvar  2019-cu il tarixdə Daşkəsən rayon Mədəniyyət evində daşkəsənli gənc şair Etibar Həsənzadənin növbəti kitabının təqdimolma mərasimi keçirilmişdir. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, gənc şairin qələm dostları, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Şahnaz Haşımova öz ansamblı ilə birlikdə tədbirdə iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc şairi təbrik etmiş, onun yaradıcılığı ilə bağlı nitq söyləmişdir:
– Bu gün biz buraya gənc şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbirə toplaşmışıq.
2019-cu il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın yekununda dövlət başçısı 2019-cu ili “Nəsimi  ili” elan etmişdir.
Həmin bu müvafiq sərəncam Azərbaycanda bütün şair və yazıçılara  verilən yüksək dəyərin göstəricisi olmaqla ədəbiyyatımızın və mədəniyyətimızın tarixinin  nə qədər zəngin olduğunu bir daha dünyaya göstərmək məqsədi daşımışdır.
Belə ki, Azərbaycandakı bütün sahələr üzrə olan inkişaf, tərəqqi və sabitlik imkan verir ki, şeir və yaradıcılıqla məşğul olan yazarlar öz istedadlarını nümayiş etdirsinlər.
Etibarın əsərlərini oxuduqca insanın təsəvvüründə maarifçi, ziyalı, xalqını və millətini  çox sevən vətənpərvər  şair obrazı canlanır.
Fiziki qüsurlu, əlil arabasında oturmasına baxmayaraq onun həyata, vətəninə bağlılığı bütün gənclərə nümunədir.
Həmyerlimiz öz ədəbi fəaliyyəti  ilə yanaşı sosial şəbəkələrdə, internet resurslarında da gənc ziyalı kimi çox fəallıq göstərir.
Bu Etibarın bir daşkəsənli olaraq rayonumuza, onun təbiətinə  olan məhəbbətindən, istəyindən  irəli  gəlir.
    Etibar Həsənzadə “Könlümlə söhbət”, “Duyğular dinsin”, “Gecikmiş etiraf” , “Bir həyat romanı”,  “Sevgi bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi” adlı kitabların müəllifidir.
    O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunub.
   Bu gün müasir ədəbiyyatımızın istedadlı bir nümayəndəsi olan gənc şairimiz Etibar Həsənzadənin şeirlərinə mahnılar bəstələnir, tanınmış müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur.
Şairin şeirlərinə nəzər salanda görürsən ki, burada qəlbi təmiz, saf bir gəncin dərin fəlsəfi  düşüncələri, fikirləri əks olunub.
Bu gün fəxri qonaq kimi Azərbaycanın Xalq artisti Şahnaz xanım Haşımovanı, Daşkəsənə qonşu olan bölgələrdən onun qələm dostlarını tədbirə dəvət etmişik.
Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmış, həmyaşıdlarından fərqlənməyi bacarmışdır.
Arzu edirəm ki, Etibar özünəməxsus əsərləri və dəsti-xətti ilə Azərbaycan ədəbiyyatı tarixinə öz adını yaza bilsin.
Bu yolda Etibar Həsənzadəyə zəngin yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik.
Sonra rayon ziyalıları və yazıçılar Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləmiş və tədbir musiqi nömrələri davam etmişdir.

İLKİN MƏNBƏ: Xəbərlər

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================