MƏRYƏM ƏLİYEVA


Bir az dəli olasan ağıllılar gen gəzə…

Bir az dəli olasan “ağıllılar “gen gəzə,
Nə yaxşını ,nə pisi özün də bilməyəsən .
Addımların büdrəsə yaralansan dərindən,
Ellər ağlaya səni gözdən silinməyəsən.

Bir qulağın eşitsə biri qəfil kar ola,
Duymayasan ömrünü yalın ayaqlarınla.
Hönkürtüylə ağlasa ürək sənin yerinə,
Bağlayasan köksünü “qalın “ barmaqlarınla.

Yanğınlar ortasında közün alovsuz ola,
Özü içdən alışsa udmayasan tüstünü.
Tonqalının dilləri qalaq-qalaq olsa da,
Suluqların açılsa dadmayasan istini.

Xeyirin ortasında şər üstünü alanda,
Kəsilsə əl-ayağın qədər yenə yatmaya.
Baxışların danışsa susan dilin yerinə,
Olmasa da dayağın kədər sənə çatmaya.

Bir az dəli olasan ağıllılar gen gəzə,
Nə yaxşını ,nə pisi özün də bilməyəsən.
Addımların büdrəsə,yaralansan dərindən,
Ellər ağlaya səni,gözdən silinməyəsən.

Müəllif: ALİYEVA ALİYEVA MƏRYƏM

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir