Zaur Ustac – “Oriyentir Ulduzu”

“ORİYENTİR ULDUZU” YENİDƏN NƏŞR OLUNUB

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan “Oriyentir Ulduzu” kitabı  #Mubariz31  xeyriyyə tədbirləri çərçivəsində məhdud sayda yenidən – altıncı dəfə nəşr olunmuşdur… Bu işdə həmişə bizə təmənnasız dəstək olan Xaqani  müəllimə təşəkkürlər… Allah cəmi şəhidlərimizə rəhmət eləsin, bizlərə güc və vaxt versin ki, onların qanını yerdə qoymayaq… Amin… AMEN…

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

QƏLƏNDƏR XAÇINÇAYLI

Bundan ağır dərd olar?

Qəriblikdə çürüdük,
Getdi ömür, getdi gün.
İçin- için əridik,
Bitdi ömür, bitdi gün.

Bir iz sala bilmədik,
Bu torpağın üstündə.
Biz çatıldıq, dinmədik,
Bu torpağın üstündə.

Neçə yerdən çapıldıq,
Talan oldu talamız.
Topa qoyub atıldıq,
Viran qaldı qalamız.

Bülbüllərin talası
Qarğalara qalıbdı.
Özünə gəl, balası,
Çaqqallar çoxalıbdı.

Dədəmizin yurdunu
Yağılara vermişik.
Gözlərimiz kordumu?!
Ölənlərlə ölmüşük.

Biz xəyanət edirik,
Xəyanətin dalınca.
Deyin, hara gedirik?
Əzrail can alınca.

Daha yoxdur umacım,
Deyim sözümü ona.
Kəsilibdir əlacım,
Göz baxır yana-yana.

Arazularım puç oldu,
Sındı qolum-qanadım.
Göy üzünə qalxsa da
Eşidilmir fəryadım.

Bu dünyanın üzü bərk,
Rəhmu yoxdur Allahın.
Bəlkə ona gorə də
Eşidilmir bu ahım.

Açılmadı başımız,
Müsibətdən, bəladan.
Ağır gəldi daşımız,
Tənə vurduqca nadan.

Mənim oğul, qız balam,
Qaçqın, köçkün, didərgin.
Məzarlardır dağılan,
Gözlər dolu nifrət, kin…

Biz nə etdik ilahi?
Dərdi verdin sən bizə.
Parçaladın milləti
Vətənli vətənsizə.

Bundan ağır dərd olar,
Yad əllərdə obamız.
Xalq bu qədər alçalar?!
Dağılıbdır yuvamız.

Əlim çatmır ellərə,
Solub bağça-bağımız.
Batdıq qəmə, kədərə,
Sinəmizdə dağımız.

Özünə gəl qadası,
Boynumuza minən çox.
De, hardasan balası,
Gözlərimi alıb tor.

Müəllif: QƏLƏNDƏR XAÇINÇAYLI

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Mərziyə SARVAN

Mərziyə SARVAN (Eyyubova Mərziyə Camaləddin qızı)

Mərziyə SARVAN (Eyyubova Mərziyə Camaləddin qızı) 1980 – ci il, may ayının 12 də Ağsu rayonunun Sarvan kəndində anadan olub. 1987- ci ildə Sarvan kənd orta məktəbinin  I  sinfinə qəbul olub, 1997- ci ildə XI sinfi bitirib, həmin ilin sentyabr ayında Gəncə Pedaqoji Universitetinə  qəbul olub, 2000 – ci ildə bitirmişdir. Şeir yazmağa həvəsi hələ orta məktəb vaxtlarından başlamış, atasının vaxtsız vəfatı şeir yazmasına daha da təkan vermişdir. Hal – hazırda Laçın rayonu Etibar Əliyev adına Fərəcan kənd tam orta məktəbində müəllim işləyir. Mütəmadi olaraq,”Oxu məni”, “Azərbaycan müəllimi”, “Laçın” qəzetlərində şeirləri dərc olunur. “Ayrı qalmışam” adlı şeirlər kitabının müəllifidir. “ZİYADAR” MÜKAFATI laureatıdır. Ailəlidir. 3 övladı var.

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================