İlham Qazaxlı – BARIŞMAZ

BARIŞMAZ

“Gədədən bəy olmaz “-deyib atalar,
Namərdə əyilmək mərdə yaraşmaz .
Vicdanlar susanda artar xətalar,
Haqqı tapdanan xalq bəxtlə barışmaz !

Olmasa bir xalqda inad, qətiyyət,
Çəkər ömrü boyu işgəncə – zillət,
Getsə də əlindən nə varsa, fəqət,
Şərəfi uğrunda heç vaxt vuruşmaz…

Hər kəs öz yerini bilsə həyatda,
Mənasız yaşanmaz bircə saat da,
İnsanlıq inləməz ayaqlar altda,
Şərin fitnəsilə dünya qarışmaz…

Sönər əsir yurdun yanan çırağı,
İtər köçkün elin səsi-sorağı,
Qazaxlı, el olsa elin dayağı,
Yurduna yağılar qurdtək daraşmaz…
29.01.2019.

Müəllif: ILHAM QAZAXLİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

SONA AMAL – QALIBDIR

QALIBDIR

Məni tərk eylədin vaxtsız, vədəsiz, 
Qəlbimdə nə qədər sözüm qalıbdır.
Hey qoşa dolaşdıq, bu yerləri biz,
Səninlə hər yerdə izim qalıbdır.

Qəlbimdə əbədi yuva bağladın,
Gedərkən ömrümü qarsdın, dağladın,
Gizlincə sızladım, gizlin ağladım,
Odum çoxdan sönüb, közüm qalıbdır.

Sənsizlik çətinmiş, axı nə danım?!
Açılmır sabahım, sökülmür danım, 
Əhd-peyman bağlayıb, sözdən dönənim, 
Səbrim tükənsə də, dözüm qalıbdır.

Amalam, qəlbimi həsrətdir didən,
Qalmışam baş-başa xəyalınla mən,
Ay mənim ömrümdən əbədi gedən,
Sən gedən yollarda gözüm qalıbdır.
28. 01. 2019-cu il.

Müəllif: SONA TEYMURBEYLİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

Nuranə Nihan – Bayraq

Bayraq

Hilal kimi doğdun mavi səmada,
Yurdumuz nuruna boyandı, bayraq!
Tayın bərabərin yoxdur dünyada,
Milyonlar hüsnünə heyrandı, bayraq!

Zirvələr fəth etmiş şanın, şöhrətin,
Gözəl görünüşün, şux əzəmətin.
Qürur qaynağısan hər an millətin,
Göy rəngin türklüyə nişandı, bayraq!

İllərdir çəkirsən göylərin nazın,
Köksünə bəzəkdir ayın, ulduzun.
Rəmzi müasirlik olan qırmızın,
Elə bil bağrında al qandı, bayraq!

Yaddaşın silinməz izlə doludur,
Tarixin şanlıdır, yaşın uludur.
Yolun uğurludur- haqqın yoludur,
Yaşılın islamdı, imandı, bayraq!

2015.

Müəllif: Nuranə Nihan

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

TAPA BİLMƏDİM …

TAPA BİLMƏDİM

Qəlbimin telləri titrədi, əsdi,
Sənsizlik can aldı, nəfəsmi kəsdi,
Elə tənha oldum, ümüdsüzləşdim,
Mən səni aradım, tapa bilmədim.

Mənə sevgi verib saldın seyrinə,
Canımsan,canınam deyirsən mənə,
Könlüm güvənmişdi bu taleyinə,
Mən səni aradım, tapa bilmədim.

Demək,can deməklə can ola bilmir,
Əlimi uzatsam əl ala bilmir,
Dözsəm də bu ürək bil, qala bilmir,
Mən səni aradım, tapa bilmədim.

Könlüm küsəyəndi, bir də aramaz,
Qollarım sarılıb, bir də saramaz,
Məni məcbur etdi ürək yaramaz,
Mən səni aradım, tapa bilmədim.

27.01.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================

ASKEF – ə TƏŞƏKKÜRLƏR…

ASKEF-in 2019-cu il 18,19,20 yanvar tarixində Antalyada keçirdiyi böyük konfransda “Al bayraq, “Üç rəngli bayraq, “Göy bayraq” və Azərbaycan 20 yanvar şəhidlərinə sayğı duruşu,istiqlal marşı ilə açılışını etdi.
Artıq ASKEF ulu Turanın milli-mənəvi və ədəbi dəyərlərinin sənət dunyasını gerçəkləşdirən bir təşkilat,bir federesyon olduğunu sübut etdi…
ASKEF ailəsi olaraq 17 ölkənin türkdilli şair və yazarların, ictimai xadimlerin qatıldığı tədbirlər öz möhtəşəmliyi və mənəvi dəyəri ilə istirakçıların böyük sevgisini qazandı.
ASKEF rəhbəri hörmətli SAVAS ÜNAL Konfransda yeniden oy sesiyle Genel başqan seçildi və  hörmətli YAHYA AZEROĞLU ilə
ardıcıl olaraq təşkil etdikləri bele geniş mədəni-kütləvi tədbirlərlə böyük TÜRK dünyasının birliyinə ,ulu TURANIN bütövlüyünə sənət adamlarına yardımçı olmaq amacı daşıyırlar. 
Muradpaşa bələdiyyəsi başkanlığı hörmətli ÜMİT UYSAL-bəyin  köməkliyi ilə  ASKEF-in 18 yanvar ilk gününü bələdiyyə binasında qəbul etdiler.Növbəti tədbiri ayın 19 -u TURAN sevdalılarının söz-sənət toplantısı milli-mənəvi birliyin gözəlliyinə rəng qatdı. 20 -si yanvar SAYĞI DURUŞU VƏ ŞƏHİDLƏRİN RUHUNA YAZILMIŞ ŞEİRLƏRNƏN BAŞLAYIB VƏ DAVAM ETDİ. 


Türk ruhunun əbədi kəbəsi sayılan böyükTürkiyənin müxtəlif bölgələrindən gəlmiş şairlərimizdə iştirak etməklə birlikdə 20 yanvara aid sözlər ve şeirlərini ürəkden yanaraq söylədilər.
Günün ikinci yarısında Antalyanı birlikde qrup şəklində 3 avtobusla tarixi yerlərini və görməli yerləri səyahət etdik. Səyahətlər cox maraqlı oldu. İqlimi,mənzərəsi,qonaqpərvərliyi ilə bizlərə bəzən duyğulu bəzən təbəssümlü anlar yaşatdı.
ASKEFin rəhbərliyinin təşkilatçılığı ile düzənlənən bu möhtəşəm tədbir yadda qalan bir tarixə çevrildi.Gəzintilərin ən maraqlısı Antalya şəhərini iki yerə ayıran Düdəm şəlaləsinin Ağ dənizə necə axıb tökülməsinin özünəməxsus gözəlliyini idi.
Mənə maraqlı həm də o oldu ki, böyük salonda hər kəsin kitabının tanıtımı oldu.Orada mənimdə 6-cı”Sükut haray çəkir “adlı kitabımın tanıtımı xüsusən könlümə fərəh bəxş etdi.
ASKEF-in təşkil etdiyi tədbirlərin özəlliyi ondadır ki,bu təşkilat həm də digər dərnəklərlə qarşılıqlı görüşlər təşkil edir.Bu göruşlər böyük TÜRK ,TURAN mədəni birliyinin genişliyini və böyüdüyünü hiss etdirir. 
Bu səfərimizdə də bir çox dərnəklərlə görüşümüz oldu.
Hətta Bolqarıstandan,Özbekistandan, Kerkükden,Fransadan,Yunanıstandan ve s…gələn TURAN sevdalıları ilə daha böyük ,daha geniş tərkibdə görüşlərə sahid olduq. Bu görüş bizlərə də fərəhləndirici hadisə kimi yaddaşımıza həkk olundu. 
Onuda qeyd edim ki, hər görüş və səyahətimiz, xüsusilə də qara 20 yanvar çıxışları və gəzintilər canlı yayımla yayınlanırdı.

TÜRKÜN yaddaşını işıqlandıran,
Könül dünyamızın çıragı ASKEF.
TURAN tarixini söz-söz yaşadan ,
Arzunun, ümidin varağı ASKEF.

ASKEF genel başkanı 
SAVAŞ ÜNAL-bəye
ASKEF genel başkan yardımçısı,
Azərbaycan sorumlusu 
YAHYA AZƏROĞLUNA
ASKEF qonaqlarına yer verən ve rəsimlərini,əl işleərini nümayiş etdirməyə ,ASKEF -in keçirdiyi böyük konfransına qucaq açan hörmetli MURADPAŞA belediyyesi başqanı 
ÜMİT UYSAL bəye
və yardımçılarına,
Bizimlə birlikdə iştirakçı olan dərnək başkanlarına…
Ümumilikdə isə bütün iştirakçılara 
sonsuz təşəkkürümü bildirir və yenidən görüşmək ümidilə Bakıdan selamlarımı göndərirəm. 


Hörmətlə: ASKEF mətbuat katibi –
SONA ABBASƏLİQIZI.

USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================