Təvəkkül Goruslu – Var

VAR

Içimdə bir təlatüm var,
Ləpələnən bir təlatüm.
Ruhum dalğa, cismim divar,
Özüm qalım, özüm ötüm!

İçimdə bir təlatüm var,
Titrəyişli bir təlatüm.
Cismim durar, ruhum vurar,
Özüm çalım, özüm ötüm!

İçimdə bir təlatüm var,
Eşqə bənzər bir təlatüm.
Gahdan qırar, gahdan qurar,
Onsuz qırıq, onlu bütün!

06.02.2018.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“MÜBARİZ-“31 FOTOLARDA

7 FEFRAL 2019-CU İL MƏHƏMMƏD HADİ ADINA 9 NÖMRƏLİ ŞAMAXI ŞƏHƏR TAM ORTA MƏKTƏBİ – MÜƏLLİM ŞİRƏLİYEVA SEVDA – “MÜBARİZ – 31” ANIM-TANITIM TƏDBİRİ.

5 FEFRAL 2019-CU İL BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU 201 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİ, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ XƏLİLOVA AFƏT – “MÜBARİZ – 31” ANIM-TANITIM TƏDBİRİ.


4 FEFRAL 2019-CU İL AĞDAM RAYON QUZANLI – 1 QƏSƏBƏ TAM ORTA MƏKTƏBİ – MÜƏLLİM ŞÜKÜROVA ZƏMİNƏ – “MÜBARİZ – 31” ANIM-TANITIM TƏDBİRİ.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

ƏJDƏR ƏLİZADƏ -APARDIN

Özümü özümdən aldın, apardın…

Bütün hisslərimi cəlb etdin sənə,
Dərin fikirlərə daldın, apardın.
Ay üzlü mələyim, susma, dinsənə,
Mənimlə bir yerdə qaldın, apardın.

Əzəldən sevirdin turşməzə, meyxoş,
Nədən duyğularım sənə gəldi xoş?
Yanımda əyləşib eylədin sərxoş,
Özümü özümdən aldın, apardın.

Sıxdın ürəyimi sən bilə-bilə,
Göz yaşım süzüldü hey, gilə-gilə.
Nəmli gözlərimi sən silə-silə
Canımı odlara saldın, apardın.

Əjdərəm, çox yazdım eşq qəzəllərin,
Sevmədim payızın son xəzəllərin.
Vurğunu olmuşam şux gözəllərin,
Pətəkdən süzülən baldın, apardın!..

08.02.2019.

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Mayıl Dostu – Gəlmişəm

GƏLMİŞƏM

Ömrümün yolları düşüb dumana,
Gədiklərdə aza – aza gəlmişəm.
Tuş olmuşam hərdən pisə, yamana,
Gümanları yoza – yoza gəlmişəm.
***
Dostluğu, ilqarı saxta olanı,
Zəkası, mənliyi axta olanı,
Ürəyi qupquru taxta olanı,
Silə – silə, poza – poza gəlmişəm.
***
Çox yıxıldım, daşda qaldı qan izi,
Alnima tuşlandı taleyin bizi,
Axtarmaqçün hər doğrunu, hər düzü,
Kotan kimi qaza – qaza gəlmişəm.
***
Mayıl, dünyamızın başı dumanlı,
Bu ömür sənindir yaxşı, yamanlı,
Yaşayırsam yurd həsrətli, gümanlı,
Taleyimi yaza – yaza gəlmişəm.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“ORİYENTİR ULDUZU” ŞAMAXIDA PARLADI

7 fevral 2019-cu il tarixində – Mübarizin doğum günündə – M. Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində Şirəliyeva Sevda müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Məktəblilər Zaur Ustacın “Oriyentir Ulduzu” kitabı ilə tanış olmuş, kitabın çalışmalar bölümündəki tövsiyələrə uyğun olaraq, “Mən də mübariz kimi qəhrəman olacam”, “Azərbaycanı sevirəm”, “Biz o torpaqlara qayıdacağıq” mövzularında qısa inşalar yazmışlar. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda müəllifin yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Zaur Ustac – Səhvlərimiz

SƏHVLƏRİMİZ

Adəmlə başladıq səhv eyləməyə,
Bir alma dəyişdi qədərimizi…
Sevinci bölməyə dost axtarmadıq,
Paylaşmaq istədik kədərimizi…
* * *
Səhv bir mi, iki mi, sayasan bir-bir…
Səhvi səhv üstünə yığdıq hər zaman…
Zaman çox dəyişdi, dəyişdi nə var,
Ancaq, xasiyyətin dəyişmir insan…
* * *
Kağız bəxş eylədi, yazaq, oxuyaq,
Öpüb göz üstünə qoyurduq onu…
Ayaq uzatmağı günah bilirdik,
(Ağız, burun sildik, bəs eyləmədi…)
İndi haralara vurmuruq onu???
* * *
Dəyərlər aradan çıxır birbəbir,
Çörək də müqəddəs sayılmır daha…
Səhvlər qalaq-qalaq yığılır, artır,
Bədəllər ödənir ömürdən baha…
* * *
Bakir yox, bəkarət axtara indi,
Xeyir – bərəkət də çəkilib ərşə…
Dədədən, babadan qalma inanclar,
Ucqar bir komada bükülüb fərşə…
* * *
Ulaqla yabıdan döl tutan insan,
Heyvanı bitkiyə calaq eylədi…
Siçanla, pişiklə izdivac edib,
Gül kimi övrətin talaq eylədi…
* * *
Olub keçənlərin yazsaq hamısın,
Nə qələm tab eylər, nə kağız çatar…
Arif ilk kəlmədən duyar mətləbi,
Boşboğaz boşuna boğazın yırtar…
* * *
Yol-iriz doludu, biz tökən mıxla,
İndi addımbaşı ayağa batır…
Qazana bişməyə nə atmışıqsa,
Bişəndə özünü qaşığa atır…
* * *
Haqqın nizamını heçə sayanlar,
Çox dəqiq nizamın zərrəsiyik biz…
Bu gün qarşımıza çıxar həmişə,
Dünəndən aynaya düşən əksimiz…

07.08.2018. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac