ƏJDƏR ƏLİZADƏ -APARDIN

Özümü özümdən aldın, apardın…

Bütün hisslərimi cəlb etdin sənə,
Dərin fikirlərə daldın, apardın.
Ay üzlü mələyim, susma, dinsənə,
Mənimlə bir yerdə qaldın, apardın.

Əzəldən sevirdin turşməzə, meyxoş,
Nədən duyğularım sənə gəldi xoş?
Yanımda əyləşib eylədin sərxoş,
Özümü özümdən aldın, apardın.

Sıxdın ürəyimi sən bilə-bilə,
Göz yaşım süzüldü hey, gilə-gilə.
Nəmli gözlərimi sən silə-silə
Canımı odlara saldın, apardın.

Əjdərəm, çox yazdım eşq qəzəllərin,
Sevmədim payızın son xəzəllərin.
Vurğunu olmuşam şux gözəllərin,
Pətəkdən süzülən baldın, apardın!..

08.02.2019.

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir