Mayıl Dostu – Gəlmişəm

GƏLMİŞƏM

Ömrümün yolları düşüb dumana,
Gədiklərdə aza – aza gəlmişəm.
Tuş olmuşam hərdən pisə, yamana,
Gümanları yoza – yoza gəlmişəm.
***
Dostluğu, ilqarı saxta olanı,
Zəkası, mənliyi axta olanı,
Ürəyi qupquru taxta olanı,
Silə – silə, poza – poza gəlmişəm.
***
Çox yıxıldım, daşda qaldı qan izi,
Alnima tuşlandı taleyin bizi,
Axtarmaqçün hər doğrunu, hər düzü,
Kotan kimi qaza – qaza gəlmişəm.
***
Mayıl, dünyamızın başı dumanlı,
Bu ömür sənindir yaxşı, yamanlı,
Yaşayırsam yurd həsrətli, gümanlı,
Taleyimi yaza – yaza gəlmişəm.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir