ƏBÜLFƏZ ÜLVİ

BİR UZUN SÖZ QALIB

Dedin:-qısa danış, uzuna uyma,
Qısa söz gül açar çay tək çağlayar.
-Nə olar sözümü ağzımda qoyma,
Çaşıb dişləyərəm, canı ağrıyar.

Uzunun mənimlə nə ilgisi var,
Heç qısa sözə də çən verməmişəm.
Hər sözün özünün, öz ölçü var,
Sözlərə ölçünü mən verməmişəm.

Lap desən dilimi, bal eləyərəm,
Sözlərim çıxarmaz gözdən, göz şoru.
İstəsən dilimi lal eləyərəm,
Amma, çalış məni bu haldan qoru.

Məndə nə günah var, ay eşq sirdaşım,
Az sən günahları dilimə bağla. 
İstəsən az dinim, qısa danışım,
Qolunu kəmər et, belimə bağla.

Buyur, əllərini gəzdir telimdə,
Məni islahını alqışlayıram.
Bir uzun söz qalıb indi dilimdə,
Onu da ömrünə bağışlayıram.
09.02.2019.

Müəllif: EBULFEZ ELİEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir