NİFTALI GÖYÇƏLİ

ŞƏRARƏT VƏ SƏFALƏT

Otuz ildir danışmalar-
işğal ilə barışmalar… 
şimal, qərblə dartışmalar
durumunda bir ölkə var:
sərhəddinə, gömrüyünə 
girən kimi 
“salamlayır” səni rüşvət. 
Bu ölkədə rüşvətin epiteti: 
polis, hakim, məmur, həkim.
Yuxarıdan aşağıya 
bax belədir “etiketi”-
üsul, təlim: 
Kürsü sənin əlindəsə, 
Sən ixtiyar sahibisən,
hökm verən bir hakimsən.
fəqət “alıb-verməyə”də
gərək əməl eyləyəsən…
Bu ölkədə məmurların 
çox uzundur əli, qolu:
Kim rüşvət verməyəyirsə,
“əz, süründür, məhv et!”-yolu,
Budur üsul sağı-solu…
Şouları TV-lərdə:
“vur çatlasın”, “haray-həşir”.
Cipli, villalı məşuqlar,
bir-birilə iddələşir.
Politoloq yarışları-
çərənləmə, çəlpəşir…
Ac-yalavac millət də 
bir-birilə dərdləşir…
Şərarət meydanında 
yaltaqlar da “güləşir”-
“çempion” olmaq üçün…
Hərc-mərclik, anarxiya, 
artır səfalət hər gün…
Bu ölkənin müxalifi, iqtidarı
yalan, böhtanla paritet.
Dartışmalar çox bayağı-
söyüş, hədələr tetatet…
Hər ikisinin də ağası bir-
Qərbdə dayanıb ingilis.
İngilisin cəlladı da
Şimalda oturub iblis-
qəddar, zalım bir şovinist.
Nələr etmir bu şovinist!?
-millət, din yuvaları
qurub böyük məkanda.
Türkü yıxıb-sürüyür,
sərvətini sümürür 
Asiyada, Turanda.
Oliqarx yuvasıdır
indi “Qızıl Moskva”.
Başlarının üstündə 
durub erməni ağa.
Zəbt edib “verxuşka”nı
bir qrup xaçlı “dığa”…
Onlardan plan gəlir
işğal altda inləyən 
yurdumuz Qarabağa!..

Müəllif: NİFTALİ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

AYDIN XAN – SEVİN…

Sevgililər gününün himni

(Ona poetik pıçıltılarım: özü bilir kimə…)

Qaranlıq gecələr, ay gecələr,
Kədərli ruhuma güc gələr!

Eşqimi əzən o böyük ayrılıq,
Yaralı ruhumu elə hey dələr.

Yayda könlümü oda qalayan,
Sevgimin gücünü Tanrı bilər!

Səsizlik sərsəri sevdamın fəryadı,
Ürəyim yanğıdan dəli-dəli gülər.

Doğulandan məhəbbətə əkiz ruhum,
Sonda bədənimdə təklikdən ölər…

Ruhum – göydə süzən yaralı quşa, 
Suda boğulan gümüşü balığa,
Çöldə ətirindən solan gülə dönər…

Bakı, 14 fevral 2019

Müəllif: AYDİN XAN EBİLOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

ZAUR USTAC – SEV…

SEV…

Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisində suçludur….
Sevdiyini söyləyən seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur….

Sevgi, sevib-sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sevdirməyən sevgisində suçludur….

Sevdalının sevgisi,  sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???
Sevməyəni sevməyi sədaqətmi sayırsız???
Sevdiyini, sevdirən sevgisində suçludur….

23.09.2015 / Bakı

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

TƏRANƏ MƏMMƏD

VƏTƏN ÇİÇƏYİ…

Yenə qış yerini bahara verir ,
Ətrafa yayılır mavi bir sehir,
Bağrımı yandırır yazdığım şeir,
Yetişə bilmirəm Xarı bülbülə.

Elimdən, obamdan qaldım nigaran,
Həsrət nəğməsinə kökləndi kaman,
Hər bahar ürəyim darıxır yaman,
Yetişə bilmirəm Xarı bülbülə.

Yazın çiçək ətri gəlir çəməndən,
Elə bil ilk bahar inciyib məndən,
Ruhum ayrı düşüb yenə bədəndən,
Yetişə bilmirəm Xarı bülbülə.

Bağlıdır Şuşanın cənnət yolları,
Basıb cığırların həsrət kolları,
Uzalı qalıbdır göydə qollarım,
Yetişə bilmirəm Xarı bülbülə.

Bir yuxu görəydim bu gecə barı,
Həm bülbül görəydim, həm də ki xarı,
Keçib köhlən atla bağlı yolları,
Yetişə biləydim Xarı bülbülə.

Əyilib üzündən öpəydim onun,
Gözünün yaşını siləydim onun,
Fırlanıb başına dönəydim onun,
Yetişə biləydim Xarı bülbülə.

Tanrı, millətimlə nə hesabın var,
Nədən Qarabağım olur tarimar?
Sənin əlindədir bütün ixtiyar,
İzin ver, yetişim Xarı bülbülə!

Müəllif: TERANE MEMMED

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ