Adil CƏFAKEŞ

XƏBƏRİN VARMI

(Aşıq Ələsgərsayağı)

Hansı mahaldan gəlibsən, 
Elindən xəbərin varmı? 
İşlətdiyin əməlindən, 
Felindən xəbərin varmı?

Gündə yüz yol qucaqlayıb, 
Az yox, bol – bol qucaqlayıb. 
Gör neçə qol qucaqlayıb ,
Belindən xəbərin varmı?

Görən kəslər sancılanıb, 
Əsəbləri qamçılanıb. 
Keçi kimi qayçılanıb, 
Telindən xəbərin varmı?

Bir gör nəyə qadirsən sən, 
Hər nə gəldi edirsən sən.
Çox havalı gedirsən sən,
Yelindən xəbərin varmı?

Adiləm, aldım sorağı, 
Nə lazım gəzmək qırağı. 
Yüz – yüz vurursan arağı, 
“HEL” indən xəbərin varmı?

Müəllif: ADİL CEFAKES

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ