ZAUR USTAC – BƏNÖVŞƏ

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…
12.12.2017. Bakı. (12:25) 12’

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

TOFİQ QƏBUL – NAXÇIVAN

ŞƏRQ QAPISI NAXÇIVAN
(Muxtar Resrublikanın 95 illiyi münasibətilə)

BİNALARI SIRALANIB,
HƏR BİRİSİ ŞUX GÖRÜNÜR.
GUR LAMPALAR SIRĞALANIB,
NƏ BUZ, NƏ SOYUQ GÖRÜNÜR.
ARAZ ÇAYI SANKI ANA,
SIĞAL ÇƏKİR NAXÇIVANA.

GECƏLƏRİ ULDUZ KİMİ
İŞILDAYIB YANIR, YANIR.
AĞACLARI GƏNC QIZ KİMİ
SƏRİN MEHLƏ XUMARLANIR.
XAN ÇİNARI SANKİ SONA,
BİR BƏZƏKDİR NAXÇIVANA.

PARKLARINDA FƏVVARƏLƏR.
FƏVVARƏLƏR NƏĞMƏ DEYƏR.
QIZ BULAĞI VƏCDƏ GƏLƏR,
BU ŞƏHƏRDƏN NƏLƏR DEYƏR !
XƏZİNƏDİR DAMCIXANA,
BİLLUR SƏPİR NAXÇIVANA.

HAÇADAĞI EHRAM KİMİ,
SIRA DAĞLAR SƏRHƏD-KƏMƏR.
BU ŞƏHƏRİ SORAN KİMİ
AĞILA İLK DUZDAĞ GƏLƏR.
MİN-MİN QONAQ HEYRAN ONA,
DUZ-ÇÖRƏKLİ NAXÇIVANA.

NAXÇIVANÇAY AXIR, AXIR.
DÖVRƏSİNİ ALIB EVLƏR.
NUH TÜRBƏSİ QUCAQ AÇIR,
GÜLƏRÜZDÜR BİZİM ELLƏR.
KÖHNƏ QALA GƏLİB CANA,
QÜRUR VERİR NAXÇIVANA.

HEYKƏLLƏRİ SIRA-SIRA,
HƏR BİRİSİ ƏZƏMƏTDİR.
HƏR BİRİSİ CİYƏRPARA,
HƏR BİRİSİ LƏYAQƏTDİR.
HƏR BİRİ NUR BU CAHANA,
BİR DƏ DOĞMA NAXÇIVANA.

İMPERİYA SAZAĞI DA 
İLK BURADAN SOZALIBDIR.
BU MİLLƏTİN BAYRAĞI DA
BU ŞƏHƏRDƏN UCALIBDIR.
ULU HEYDƏR YANA-YANA
DİQQƏT ÇƏKDİ NAXÇIVANA.

AZƏRBAYCAN ŞƏHƏRİDİR.
QƏDİM, ULU TARİXİ VAR.
KEÇMİŞİNİ VƏRƏQLƏ BİR,
QAN-QADALI TARİXİ VAR.
BU QAN-QADA YETİB SONA,
SÜLH GƏLİBDİR NAXÇIVANA.

BU GÜN ŞƏHƏR BAŞDAN-BAŞA 
QURUCULUQ ŞƏHƏRİDİR.
BU GÜN ŞƏHƏR BİR TAMAŞA
YURDUN KAMİL ƏSƏRİDİR.
ATƏŞ DÜŞÜR TAR-KAMANA,
HƏR BAXANDA NAXÇIVANA.

QOY DÜŞMƏN DƏ ANLASIN Kİ,
HEÇ VAXT SINMAZ MƏĞRUR ŞƏHƏR.
QOY ANLASIN SARSAQ TÜLKÜ,
MƏCRASINA SIĞMIR ŞƏHƏR.
DÜNYA DƏYƏR VERİR ONA,
ŞƏRQ QAPISI NAXÇIVANA !
ŞƏRQ QAPISI NAXÇIVANA !

16.01.2018.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ