ƏJDƏR ƏLİZADƏ

Coşur dəli könlüm, gül açır sözüm…

Haqqımda bu qədər olma bədgüman, 
Mən sənin xətrinə dəymədim axı. 
Tazə-tər gülünü üzdüyüm zaman 
Kövrək budağını əymədim axı.

Gəl gülüm, sən gələn günlər olaydı,
Tənha günlərimiz yox olsun, itsin.
O sənli günlərim xoş bir olaydı*,
Gəl, hicran dəminə ox olsun, bitsin.

Yollara baxmaqdan yorulan gözüm, 
Nə xoşbəxt imişəm, bu gün yol çəkir. 
Coşur dəli könlüm, gül açır sözüm, 
Bir şirin vüsala bu gün qol çəkir.

Görüşdük səninlə, könlüm açıldı,
Əjdərin bəxtində sevinc də varmış.
Sanki, qaranlığa şölə saçıldı,
Sevib, sevilənlər nə bəxtiyarmış…

*-olay = hadisə

18.02.2019

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

FUAD CƏFƏRLİ TƏQDİMAT

Sizi 23 fevral 2019-cu il tarixində FUAD CEFERLİNİN(Fuad Cəfərli ) “Latın sükutu” kitabının təqdimat mərasiminə dəvət edirik. 
Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının “Akademkitab” kitab evində baş tutacaq.

Təqdimat vaxtı: Saat 14:00-dır.

Ünvan: Bakı Dövlət Universitinin və “Elmlər Akademiyası” metrostansiyasının yeni çıxışının yanında yerləşir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

TƏVƏKKÜL GORUSLU

ÇİÇƏYİM

Sinəmdə gül açan, bitən çiçəyim,
Səni incitməsin nə şübhə, güman.
Şəbingül ətirli gülüm, göyçəyim,
Köksümdə ləçəyin solmaz heç zaman!

Əyilləm, dolannam, bükülləm sənə,
Yarpağın, budağın qopmaz küləkdən.
Qoymaram ət(i)rin, nə rəngin dönə,
Ömür çiçəyimsən, rişən ürəkdən!

Səni qorxutmasın nə kölgə, filan,
Əzdirməm, üzdürməm bir kəsə, inan.
Qəlbini sıxmasın nə hiylə, yalan,
Möhtacam sən adlı nəfəsə, inan!

Bu ürək sənindi, qısıl sinəmə,
Lətif rayihəni duysun ürəyim.
Qısqanma, tərk etmə, asıl sinəmə,
Ömrümə bəzəksən, sənsən gərəyim!

18.02.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“ORİYENTİR ULDUZU” KİTABI “MÜBARİZ-31” TƏDBİRİNDƏ

Bu gün Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb – liseydə Quliyeva Gözəl müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Zaur Ustacın “Oriyentir Ulduzu” kitabının müzakirəsi təşkil olunmuş, məktəblilər kitabın çalışmalar bölümündə tövsiyə olunan inşa adlarına uyğun olaraq, “Vətəni sevmək imandandır”, “Xocalı”, “Mənim sevimli qəhrəmanım” mövzularında qısa inşalar yazmışlar. Fərqlənən şagirdlərə və məktəbin kitabxanasına tədbir çərçivəsində nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu” kitabı hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

HƏQİQƏT HƏQİQİ

ÇİÇƏYƏM

Çiçəyəm, bir damla suya həsrətəm,
Yağış ol, göylərdən çilən üstümə.
Soldurmaq istəsən mənim ömrümü,
Şaxtalı qara dön, ələn üstümə.

Çiçəyəm, bitmişəm sinəndə sənin,
Ürəyin torpağım, sinən çəmənim,
Əzdirmə, üzdürmə səninəm, sənin,
Kimin kölgəsidir gələn üstümə?!

18.02.2019

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

ƏBÜLFƏZ ÜLVİ

GÖTÜRMÜR

(Hər ötən gün bir tarixdir – çox şükürlər olsun ki, 1992-ci ildə
yazılmış, itən bu şeiri tapıb, oxucularıma
təqdim edə bilirəm.)

Deyirlər sınmayın, bazar dövrüdür,
Bu adı bazarın özü götürmür.
Demirlər dərd, kədər, azar dövrüdür,
Əyrilər boynuna düzü götürmür.

Elə vaxt çatıbdır, məhv olub qucaq,
Qəlblərə buz dolub, donubdur sıcaq,
Biləndə nadan da ondan dadacaq,
Çörək də yox deyir, duzu götürmür.

Bu necə qurğudur, zaman özün de,
Sən də mənim kimi qorxma, düzün de, 
Bəlkə qurda – məni özü deyir ye,
Qoyun olacağın quzu götürmür.

Biveclik o qədər açıbdır ayaq,
Özünə bivecdən axtarır dayaq,
Deyil sırımaqla, gülşən, bağça, bağ,
Bülbülə ayrılıb, qazı, götürmür.

Ülvi, gərək bilə bunu da nadan,
Alın elə yerdə salıbdır liman,
Ora ulu Tanrı, ulu Rəbb yazan,
Yazıdan savayı, yazı götürmür.
01.02.1992.

Müəllif: EBULFEZ ELİEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

ZAUR USTAC – TUNCAYA

TUNCAYA

(Ad günün mübarək, Tuncay!!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

MÜƏLLİFİN ÖZ DİLİNDƏN:

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac