Sevil Gül Nurun “Şəhadət Sarayı” kitabının Biləsuvar rayonunda təqdimatı keçirildi

Ş

Fevralın 23 – ündə Sevil Gül Nurun “Şəhadət Sarayı” kitabının Biləsuvar rayonunda təqdimatı keçirildi. Təqdimatı Əllilər Cəmiyyətinin sədri Bəhruz müəllim etdi. Tədbirdə şəhid ailələri iştirak etdi. Sonra Azərbaycanın Milli Qəhrımanı Mübarz İbrahimovun evində olduq. Atası ilə görüşdük və qəhrəmanın ev muzeyini ziyarət etdik.

TƏDBİRDƏN FOTOLAR:

Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Özünü vətəndaş sayan hər bir kəs bu Vətən üçün nəsə kiçicik bir xidmət göstərməlidir. “Hər şey Vətən üçün”… Canım Azərbaycanım….

Müəllif: NECİBE ILKİN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Müzəffər Məzahim – Bəlkə də…

BƏLKƏ DƏ…

Doğulduq, yaşadıq, dərk elədik ki,
Dünya özümüzük, fələk özümüz,
Torpağa, havaya ərk elədik ki,
Yenidən dünyaya gələk özümüz.

Analar doğmayıb taleyimizi,
Tale anaları doğub bizimçün.
Alıb dərdimizi, gileyimizi,
Sevinci bal kimi yığıb bizimçün.

Olan olacağın yol göstərəni,
Gələcək zamandır arzular hələ.
Yalan becərəni, yalan dərəni,
Təmizə çəkəcək çox sular hələ.

Dünyada hər şey var, tapılar haqq da,
Həqiqət axtaran naşı olmasa.
Bəlkə də saflaşa bilməzdi insan,
Gözünün dupduru yaşı olmasa.

Ürək duyğuların düyüncəsidir,
Bir ömrə sığışıb boşala bilməz.
İnsan kainatın düşüncəsidir,
Torpağa qarışıb daş ola bilməz.

Doğulduq, yaşadıq dərk elədik ki,
Dünya özümüzük, fələk özümüz.
Torpağa, havaya ərk elədik ki,
Yenidən dünyaya gələk özümüz.

Müəllif: MUZEFFER MEZAHİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

MAYIL DOSTU – İNSAN

İ N S A N

Zülmətdən qaçırsan, geri baxmadan,
Çətin yol gedirsən işığa sarı.
Düşüncən alovdur, zəkan da oddan,
İdrakın əridir çox sualları.
***
Dünyaya naxışsan, həyata bəzək,
Sən olmasan, bomboş olardı dünya.
Bu cahana insan kimi gəlməsən,
Yetim tək, kimsəsiz qalardı dünya.
***
Nağıl uydurursan, tarix yazırsan,
İzini gəzirsən daşda, qayada.
Göylərə çıxırsan, yeri qazırsan,
Fikrin sahib çıxmaq ulduz, aya da.
***
İnsanlıq adına, bəşər adına,
Yükün hələ çoxdu, dartıb çəkəsi.
Dərrakən çatacaq, sənin dadına,
Qabaqda dayanır, sirrin yekəsi.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ