Ümid Sadə – Gələsən…

İstəmirəm bir də mənə gələsən!!!

Məni ağlar, məyus qoyub getmisən,
Çətin bir də məndən sonra güləsən…
Yaralar da qaysaqlanar gün gələr,
Xatirələr unudulmaz biləsən…

Olmaz olsun sənin kimi gözəldən,
Ömrün keçsin daim solğun xəzəldən,
Sən demə ki, tikanmışsan əzəldən,
Əzəl çağlar bənzəyirdin gülə sən…

Şən idim, sevginlə xəyal quranda,
Ta ki, məni ayrılıqla vuranda,
Yandırmısan diləkləri bir anda,
Döndərmisən ürəyimi külə sən…

Heçmi Rəbdən utanmazsan ey arsız,
Duyğuların şah olmaz ki, vüqarsız,
Sən əslində cəsarətsiz, qərarsız,
Məhəbbəti anlamayan köləsən…

Mənim üçün bitdiyini yada sal,
Yarım qoyub getdiyini yada sal,
Məni bədbəxt etdiyini yada sal,
Bir gün əgər xoşbəxtliyi diləsən…

Qəlbim yara, doğramısan bıçaqla,
Od söndürüb, oynayırsan ocaqla,
Get bir az da yoxluğumu qucaqla,
İstəmirəm bir də mənə gələsən…

Müəllif: UMİD ASADOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

RÖVŞƏN ABDULLAOĞLU -AXTARIŞLAR AFRİKA GƏZİSİ

TANINMIŞ YAZAR RÖVŞƏN ABDULLAOĞLU AFRİKA GƏZİSİNDƏ:

QULLİVERSAYAĞI SƏYAHƏT BÖLMƏSİ:

Rövşən Abdullaoğlu:

“…Piqmeylər Afrikanın Uqanda daxil olmaqla yalnız bir neçə ölkəsində yaşayırlar. Piqmeylərin yaşadığı yerə gəlmək üçün əvvəlcə Fort Portal məntəqəsinə gəldik. Bundan sonra Ruvenzori dağlarından keçən ensiz yollarla piqmeylərin kəndinə çatdıq. Əsas fəaliyyətləri ovçuluq olan Uqanda piqmeyləri hazırda çox çətin şəraitdədirlər…”

Rövşən Abdullaoğlu:

“…Bu gün Afrikanın ən balaca tayfası olan piqmeylərin kəndlərindən birində olduq. Əlini sıxdığım şəxs bu tayfanın padşahıdır. Tayfanın padşahının icazəsini aldıqdan sonra kəndə daxil olduq. Padşah çiynində yayı, əlində oxu ilə seçilir… Növbəti paylaşımlarda bu barədə geniş məlumat verəcəm…”

Rövşən Abdullaoğlu:

“…Karamoconqların kəndi Mbale şəhərinin 100 km-liyində yerləşir. Dərə-təpəli yollarla gedəndən sonra kəndlərinə çatırsan. Karamoconqlar Afrikanın ən hündür xalqlarından sayılır. Əksəriyyətinin boyu iki metrə yaxındır. Bəzi kəndlərdə isə daha uzun boyluları yaşayır…”

YER KÜRƏSİNDƏ YAŞAYAN DİGƏR İNSANLAR KİMİ, YAXŞI YAŞAMAQ ONLARIN DA HAQQIDIR. BU FİDAN BALALARA NORMAL HƏYAT ŞƏRAİTLİ BİR DÜNYA ARZUSU İLƏ AFRİKADAN AYRILIRIQ…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ