Sevil Gül Nur “Şəhadət sarayı” kitabını təqdim etdi.

Bu gün “Azərkitab” Kitab Təbliğatı Mərkəzində gənc şairə Sevil Gül Nurun cənub bölgələrimizin şəhidlərinə həsr olunmuş “Şəhadət sarayı” kitabının təqdimat mərasimi keçirildi. Təqdimatı giriş sözü ilə açan AYB və AJB-nin üzvü, şair-publisist, prezident təqaüdçüsü, kitabın redaktorlarından biri Nəcibə İlkin Azərbaycan xalqının qədim və şərəfli tarixindən, qəhrəmanlıq keçmişindən söz açaraq Sevil xanımın kitab üzərindəki gərgin və həyəcan dolu fəaliyyətindən danışdı. Təqdimatda şəhidlərin valideynləri, ailə üzvləri və övladları, alimlər, şair və qələm ustaları çıxış edərək belə kitabların tarixi əhəmiyyətindən danışdılar, bu istiqamətdə görülən hər bir işin bugünkü qəhrəmanlıq tariximizin gələcək nəsillərin yaddaşına yazılmasında mühüm rolu olduğunu bildirdilər.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Zaur Ustac “Şehçiçəyim”

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…
* * *
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
* * *
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

03.06.2010. Bakı.

Zaur Ustac “ŞEHÇİÇƏYİM” kitabından.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

ELDAR ELLI – ŞEYTAN, …

Şeytan,məni çıxar yoldan…

Şeytan, çıxar məni yoldan,
Düz yolum qayadan keçir.
Halalıma haram qatma,
Halalım mayadan keçir.

Düşmüşəm yolun ağına,
Əyriləri düz keçirəm.
Toxuyuram söz xalısı,
Əriş,arğac söz keçirəm.

Şeytan,çıxar məni yoldan,
Bu yol mənim yolum deyil.
Mən ki cəhənnəm əhliyəm,
Cənnət sağım,solum deyil.

İlmə-ilmə mən boy atdım,
Sayalarım naxış oldu.
Yolumnan saxladı məni,
Qismətimiz yağış oldu.

Şeytan, çıxar məni yoldan,
Yol yoldaşım iblislərdi.
Otuz ili yüz yaşadım,
Yordu məni iblis dərdi…

Yuyub sərdim günahları,
Sərdiklərim qurumadı.
Cavan öldü ümidlərim,
Qocalmadı,qarımadı.

İnsan əti yeyir insan,
Dünya yaman quduzlaşıb.
Pişik baha,sərçə baha,
İnsan yaman ucuzlaşıb…

Şeytan,çixar məni yoldan,
Düz yolum qayadan keçir.
Halalıma haram qatma,
Halalım mayadan keçir…

Müəllif: ELDAR ELLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ