Təranə Məmməd


Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı)

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956 – cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsini bitirib. 1981 – 1990 –cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”,  “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Признание” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA CƏFƏR – QİSAS…

Qisas hissi çağlayır…
Qoca, qadın, körpə qanı axırsa,
Bəşər lal tək, axan qana baxırsa,
Arxalanır, köpək qurdu basırsa,
Dünyadan ədalət gözləmirəm mən.

Canım yerdə, ruhum göydə ağlayır,
Ağrım-acım, asimanı dağlayır,
Damarımda qisas hissi çağlayır,
Dünyadan ədalət gözləmirəm mən.

Get-gəl edir BMT-si, ATƏT-i,
Kordur, görmür Xocalıda dəhşəti, 
Biganəlik lap çoxdankı adəti, 
Dünyadan ədalət gözləmirəm mən.

Unutmaram, qəlbimdə var, qisas, kin,
Vətən oğlu, son sözünü de kəskin,
İgid əsgər, ümid sənsən, susma din!
Dünyadan ədalət gözləmirəm mən.

Tarıx boyu bayrağımız, var olsun,
Xain düşmən, qarşımızda, xar olsun,
Haqq yolunda Tanrı bizə, yar olsun,
Dünyadan ədalət gözləmirəm mən.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ