Zaur Ustac – Nadanlıq…

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…
03.11.2018. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#nesimi650 #keremli700 #Mubariz31 #daglar200
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Həqiqət Həqiqi – Elə bilirdim…


Elə bilirdim…

(esse)

Elə bilirdim həyat mənim üçün solub. Elə bilirdim günəş bir daha çıxmayacaq. Həzin meh saçlarımı üzümə dağıdanda xəyallarımdan ayrılıb Günün qüruba endiyini gördüm. İlahi günəşin qüruba endikdə belə, necə gözəlliklər yaratdığını görüb hiss etdim ki, həyatda çəkilən şirin acılar da bunun kimidir.
Çəmən çiçəklərinin ecazkar gözəlliyi məni elə valeh etmişdi ki, onları əzizləyə-əzizləyə, oxşaya-oxşaya evlərin arxasındakı təpəyə çatmışdım. Ora babamın körpə quzularının otlaq yeri idi.
Mən bu çiçəkləri necə sevirdimsə onları üzüb qoxlamağa əlim gəlmirdi. Nədən üzüb qoxlamadım… Nədən onlardan bütün qızlar topladığı kimi dəstələmədim… Nədən doyunca sevə-sevə,qucaq-qucaq yığıb əzizləyib sonra ayaqlar altına atmadım.
İndi ətirlərin doya-doya qoxlamadığım çiçəkləri, heç vaxt üzmədiyim dəstələmədiyim gülləri özləyirəm.Sevgim kimi… Sevdiyim ətrinə ruhumu doyuzduramadığım bütün gülləri,siçəkləri sevdim! Sevdiyim üçün üzmədim. Üzsəm ömürlıri bitər atılar deyə hər zaman budağında qoxladım, oxşadım. Sevdyim kim…
Bilirdin sevgi bir gün bitib atılacaq. Çiçəkləri üzə bilmədiyim kimi sevgimi də bitməməsi üçün qəlbimin dərinliklərində gizlətdim. O pöhrələndikcə, rişə atdığca mənim qanımda belə kök saldı. Mən hardan biləydım ki insan yaşamadıqlarını nə vaxt olur olsun yaşamaq istəyəcək. Kaş ki, o sevginin acı ayrılığını o zaman sevib yaşayıb dadardım. Bu gün bu sevginin ayrılığını dadmamaq üçün.
Bilirəm ki həyatda hər şeyin bir sonluğu var. Təkcə ölümdə ölümsüzlk ,təkcə ayrılıqda ayrılıq yoxdur! Bu gün mən sənin adını nə qoyum ki, sonu olmasın…

01.03.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Afiq Göyçəli – Anama…

Anama
Bu gecə yuxumda qonaq gəlmisən
O qəmli dunyanda yerin necədir?
Baxıram gendəsən yaxın gəlmirsən
Soyuq məzarında yerin necədir?

Sən gedənnən ana dünyam dar olub
Duşmuşəm dumana, boran-qar olub
Ömrüm parçalanıb taru-mar olub
Qərib bir məkanda, yerin necədir?

May ayi mənimcün, cox dərdli aydir
Anasiz həyatim nə yaz, nə yaydir
Nə qardaş nə baci anaya taydir
Zülməti xanada yerin neçədir?

Mən oqlun Afiqəm,qəm kədərdəyəm
Gözlər nəm içində özüm tərdəyəm
Atasız anasız min cür dərtdəyəm
O çənnət bağinda, yerin neçədir?

Müəllif: AFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Ali Küçük – Unutmuşum…

Unutmuşum
Beyaz bulutlarda uçan ararım
Gözümle alıcı şahin tararım
Pençesinden kurtulamaz yanarım
Haydi kuş baz topla güvercinleri

Her sık taklada vur meyletmekteyim
Uçurduğum yerden hür seyretmekteyim
Haydi uc ucmakta eyletmekteyim
Hadi kuşbaz topla güvercinleri

Çal ıslığı kuşun dönsün duyunca
Karafilli kuşu görmez duyunca
Açılınca mavi sema boyunca 
Hadi kuşbaz topla güvercinleri

Kuşçu ali derki takla koyuver
Şimdi ellerinden ucda doyuver
Mutlu günlerinde ucda toyuver
Haydi kuş baz topla güvercinleri

“Biz sevgi ucurduk” ikiden alıntı Ali Küçük.

Müəllif: Ali Küçük

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ