Kəmaləddin Qədim “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni kitabını təqdim etdi.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış tənqidçi Əsəd Cahangirin moderatorluğunda öz sözü, öz üslubu ilə seçilən sevimli şairimiz Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabının təqdimat mərasimi baş tutmuşdur. Tanınmış söz adamlarından Qəşəm Nəcəfzadə, İlqar Türkoğlu, Mehman Göytəpəli, Balayar Sadiq, Dayandur sevgin, Abdulla Qurbani, İltimas Səmimi və başqaları tədbirdə iştirak etmişlər. Yazarlar adından Zaur Ustac “Ziyadar” mükafatını Kəmaləddin Qədimə təqdim etmişdir.

Tədbirdən fotolar:

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“MƏN”-Ə GƏL – ZAUR USTAC

“MƏN”-Ə  GƏL

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,

Diri-diri tən üzülmüş, Sultanadır  biətim,

Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,

Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün  axtar, “mən”-ə gəl…

*        *        *

Təkər dönər, mil  tutanı, döndərəni dən-dənə,

Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,

“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,

“Mən”  axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün  axtar, “mən”-ə gəl…

*        *        *

Ustac tutub söz mayasaın, Tanrı verən payından,

Taylı gərək, əzəl gündən, yarımalı tayından,

“Toydan sonra nağara” tək, fayda görməz hayından,

Yön axtaran,  yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün  axtar, “mən”-ə gəl…

                                                     24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Kəmaləddin Qədim “Yolu ürəyimin üstdə gedirəm” kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layıq görülüb.

Tanınmış şair, hamımızın sevimlisi Kəmaləddin Qədim “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layıq görülüb. Ustac.az olaraq müəllifi bu münasibətlə təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Kəmalədin müəllim. Sözünüz uca və qaim-qədim olsun…

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru