ZAUR USTAC – ANA ŞEİRİ.

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzulara ünvansan, ANA!
Nə qədər, möcüzəli, sirli bir aləm,
Kəşf olunmamış dünyamsan, ANA!

* * *

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyasan, ANA!

* * *

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

* * *

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, varımsan, ANA!!!

28.08.1995. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ