Zaur Ustac – Məni

MƏNİ
Əldə çıraq gəzəcəksən,
Ruhun haçan gəzsə məni…
Qəm gölündə üzəcəksən,
Bir gün qəhər üzsə məni…
* * *
Sapı, ipdən ayrı tutan,
Qəmi dosta baha satan,
Tüm qəlblərdə gizli yatan,
Bir gün durub çözsə məni…
* * *
Ov bərədə, tacı taxtda,
Nə günah var acı baxtda?
“İldə bir yol atar taxta”,
Atəş yaxmaz görsə məni…
* * *
Əldə çıraq gəzən vaxtı,
Gəl, qınama heç vaxt baxtı,
Yaradan qurubdu taxtı,
Bil, yıxacaq əzsə məni…
* * *
Pirim Nəsimi, Ustacam,
Bəhmənyar elminə acam,
Burdayam, sənə möhtacam,
Mən gedincə gəzmə məni…
03.07.2017 12:45 (19’) Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir