MƏRYƏM ƏLİYEVA


Demirəm ürəyimsən…

Demirəm ürəyimsən ,
Ürək yaman kar olur.
Bir gün oxşayır səni,
Bir gün davakar olur.

Allanan bəniz kimi,
Qul kimi, kəniz kimi.
Çırpınan dəniz kimi,
Çoşur, üsyankar olur.

Hərdən gülən, güldürən,
Cüt baxışdan gül dərən.
Qəmzəsiylə öldürən,
Yaman xətakar olur.

Sıra-sıra yol gəzən,
Arzulara qol gəzən.
Sağ üstünə sol gəzən-
Ömrü fədakar olur.

Söz ovlayır, söz deyir,
Hər kəlməsi bir şeir.
Sonunda da ya şair,
Ya da nəğməkar olur.

Müəllif: ALİYEVA ALİYEVA MƏRYƏM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir