ZAUR USTAC – QARDAŞIM…

ÇAĞDAŞ QARDAŞIM…
(Əsəd Cahangirə)

Müsahib hər zaman olmur mütalib,
Habili qardaşı öldüdü, qardaş…
Mümkünmü, çağınla olasan çağdaş,
Həzrəti İsanı kim satdı, qardaş???

* * *
Qərbdə yandırıblar, Şərqdə asıblar,
Şimalda, Cənubda dilin kəsiblər,
Yeni söz deyənlər, həp qan qusublar,
Pərvanə yananda xoşbəxtdi, qardaş…
* * *
Vüsalı şam olan pərvanələrin,
Zamanı səhv düşən dürdanələrin,
Ağıldan tac geyən divanələrin,
Zamanı, məkanı bəllidi, qardaş…

* * *
Yusifi quyuya atdı qardaşlar,
Rəsuli – Əkrəmə (s.o.) atıldı daşlar,
Nə qarın, nə zaman, nə də nə “daşlar”,
Heç zaman yandaşı sevmədi, qardaş…
* * *

Nəimi namını söküb aldılar,
Nəsimi Haqqını soyub aldılar,
Dahilər hər zaman tənha qaldılar,
Söylə, bunun hansı yalandı, qardaş???
* * *
Fərqli düşündülər, geydilər onlar,
Ancaq yaşamaqçün yedilər onlar,
“Zəmanə adamı” olmadı onlar,
Çoxunun taleyi belədi, qardaş…
* * *
Müasir dediyin, sirdi, kələfdi,
Fərqli düşünənin sonu tələfdi,
Ustacın diləyi Tanrıdan əfvdi:
– Özü bağışlasın çağdaşı, qardaş…
02.09.2018.(09:39-39’) Bakı.

Müəllifin öz səsi ilə:

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir