ANITI OLMAYAN ANIM GÜNÜ – 31 MART SOYQIRIM GÜNÜDÜR…

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı. (15:00)

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Çox təəssüf ki, hələ də o müdhiş günlərdə (31 mart və bu ərəfədə…) Bakı şəhərinin kütləvi qətillər – qırğınlar törədilmiş, talanmış, yandırılmış, dağıdılb viran qoyulmuş mərkəzi – görkəmli yerlərin birində o günlərin dəhşətini gözlər önünə gətirib, canlandıra biləcək əzəmətli bir abidəmiz və məktəblilərə, xarici qonaqlara, “sapı özümüzdən olan baltalara” – qanmazlara – göstərə biləcək bir muzeyimiz yoxdur… Çox təəssüf…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir