PƏNCƏLİ HAQQINDA ŞEİR

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

QUCAĞINI GENIŞ AÇ…
(Gizir Pəncəli Teymurova həsr olunur.)

Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yer ver girək qoynuna….
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!

12.04.2016. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – VƏTƏN OĞLU

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

VƏTƏN OĞLU
(Aprel Şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı...)

Göylər də hönkürüb, ağladı bu gün,
Buludlar göz yaşın saxlaya bilmir….
Damından göz yaşı axıdan koma, 
Kövrəlmiş ananı ovuda bilmir….
* * *
Hardasa, bir bala ata gözləyir,
Əlində bir Bayraq gələydi bu gün….
Müəllim istəyib stol üstünə,
Anası alaram, söyləyir hər gün….
* * *
Bir Ata istəyir oğlu bu gün də,
Həyətə tələsik girsin nə olar….
Arxaya baxmadan sürüb maşını,
Bütün gül-çiçəyi əzsin nə olar….

* * *
Elə bilirsən ki, bitər siyahı
Dolabda islanıb bir cib dəsmalı….
Asılqan saxlamır çim su mundiri,
Havadan asılıb bir ər sığalı….
* * *
Bir otaq küncündə bacı naləsi,
Birində qardaşın hıçqırtısı var…
Məhəllə uşağı, qrup yoldaşı,
Bu gün qəmgin durub meyvə satanlar….
* * *
Adi çörəkçi də xiffət eyləyir,
Çəkməçi çəkməsin görüb ağlayır….
Alışqan verdiyi bardakı qızın,
Bu yağış qəlbində tonqal qalayır….
* * *
Körpə uşaqlar da haçandır qəmgin,
Boylanır həyətə, ancaq görməyir….
Ana paltar ipin kəsibdi çoxdan, 
Fəxrlə sərdiyin, daha sərməyir….

* * *
Göylər yas saxlayır, Yer qəribsəyib,
Təşnədir mərdlərin yeni nəşinə….
Torpaq əkənindir, əkən də bizik,
Göylərdə gəzənin Yer nə işinə….
* * *
Göylər bizə qahmar, Yer bizə mənzil,
Qəlbin dolanmasın, ey Vətən oğlu….
Nəsimi, Bəhmənyar gör nə vaxt olub???
Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017. Bakı. (14. 30. 1 0’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

NƏCİBƏ İLKİN – ŞƏHİD AYIM…

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

Şəhid ayım, aprelim…

Bahar nəfəsli sinən güllələrə tuş gəldi,
Ağu dedi bülbülün, qaranquşun nəğməsi.
Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,
Daraldı hər bir yerdə təbiətin nəfəsi.
Şəhid ayım, aprelim!

Qönçə-qönçə gül açan güllərin güllələndi,
Şəhid ətrin yayıldı, qara geydi buludlar.
Hər arzun, hər diləyin qəlbində düyünləndi,
Torpağına, daşına başın əydi buludlar.
Şəhid ayım, aprelim!

Dalğalandı dəniz tək, çaxdı ildırım kimi,
İgidləri hayladı azadlığın işığı.
Ölümə sinə gərən ərən oğullarına,
Əbədiyyət yaratdı o bahar yaraşığın.
Şəhid ayım, aprelim!

Nəfəsində igidlik toxumları səpildi,
Şəhidlərin ruhunda açıldı danın gözü.
Qönçələrin qan əmdi, küləklərin acıdı,
Çiçək açdı dilində azadlıq adlı sözün.
Şəhid ayım, aprelim!

İnamından güc aldı, igidlərin nərəsi,
Könlün qana boyandı, nəfəsin lalə rəngi.
Səngəri salamladı qaranquşun müjdəsi,
İntiqam, qisas dedi azadlığın çələngi.
Şəhid ayım, aprelim!

Vətən adllı tarixin düşüb igid payına,
Aprel şəhidlərimin qızıl səsli bu ünü.
Şəhidlərim doğuldu dil açdı sinən üstdə,
Apeliin ikisində yazıldı doğum günü.
Şəhid ayım, aprelim!

Müəllif: NECİBE ILKİN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

”YAZARLAR.AZ”- DAN REKORD GÖSTƏRİCİ – 10 İLLİK YUBİLEY

“YAZARLAR.AZ” ( WWW.YAZARLAR.AZ ) ÖZ REKORDUNU YENİLƏYİB – BİR GÜNDƏ 4000-Ə YAXIN BAXIŞ – NƏZƏRİNİZƏ ÇATDIRIRAM Kİ, “YAZARLAR” JURNALININ VEB SƏHİFƏSİ OLAN BU ELEKTRON ORQAN 24 MAY 2019- CU İLDƏ DÜZ 10 İL OLACAQ Kİ, HEÇ BİR QALMAQAL TÖRƏTMƏDƏN REKLAMSIZ- FİLANSIZ, FASİLƏSİZ FƏALİYYƏT GÖSTƏRİR. BU 10 İL ƏRZİNDƏ SADƏCƏ OLARAQ BİR DƏFƏ FORMATIMIZI DƏYİŞMİŞİK. SEVİNDİRİCİ HALDIR Kİ, “YAZARLAR.AZ” ARXADA QOYDUĞUMUZ MART AYINDA BU GÜNƏ QƏDƏR SAHİB OLDUĞU BÜTÜN REKORDLARI ALT-ÜST EDİB. BELƏKİ, 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI GÜNÜ ƏRƏFƏSİNDƏ TƏKCƏ “ANA” SÖZÜ VƏ “ANA ŞEİRİ” AÇAR KƏLMƏLƏRİNİN MÜXTƏLİF AXTARIŞ SİSTEMLƏRİNDƏN SAYTIMIZA KEÇİD ALIB DAXİL OLMASI NƏTİCƏSİNDƏ 06.03.2019 – CU İL TARİXİNDƏ BAXIŞLARIN SAYI İLK DƏFƏ OLARAQ 4000 MİN HƏDDİNƏ YAXINLAŞMIŞDIR. DƏQİQ STATİSTİKANI SAYITIN STATİSTİKA BÖLÜMÜNDƏN ALINMIŞ FOTO SURƏTLƏRLƏ NƏZƏRİNİZƏ ŞATDIRIRIQ:

Foto-surətlərdən də göründüyü kimi ziyarərçilər siyahısına 3661 sayla Azərbaycan başçılıq edir. Ardıcıl olaraq ilk onluq aşağıdakı kimi formalaşmışdır: ABŞ, Filippin, Birləşmiş Krallıq, Rusiya, Gürcüstan, Türkiyə, Malaziya, Ukrayna, Cənub Afrika. YUXARIDA DA QEYD OLUNDUĞU KİMİ BİZ BU NƏTİCƏYƏ HEÇ BİR ÇİRKİNLİYƏ YOL VERMƏDƏN SADƏCƏ YARADICILIQ NÜMUNƏLƏRİ, ƏDƏBİYYAT VƏ İDMAN XƏBƏRLƏRİ PAYLAŞMAQLA NAİL OLMUŞUQ. BU BİZİM SİZƏ HÖRMƏTİN, SİZİN BİZƏ DƏSTƏK VƏ QİYMƏTİN ÜMUMİ NƏTİCƏSİDİR. SAĞ OLUN, VAR OLUN. BİZİ İZLƏMƏKDƏ DAVAM EDİN. SAYITIMIZIN 10 İLLİK YUBİLEY TƏDBİRLƏRİ OLACAQ.

YAZARLAR.AZ

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru