Zaur Ustac – Tur alacam…

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

TUR ALACAM

(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)

Dədəm Qorqud səhv ad verməz,
Doğulmuşuq tur almağa!!!
Od ərənlər öc saxlamaz,
Doğulmuşuq öc almağa!!!
* * *
Gözlərimin içinə bax,
Gözünüzü oyacağam!!!
Hünərin var, tur düzənlə,
Tüm turları alacağam!!!
* * *
Sanma, qanı qalar yerdə,
Törəmizdir, alacağam!!!
Tək atamın qanın deyil,
Haqqımızı alacağam!!!
* * *
Yağmurlu günü sal yada,
Yenə taxtu-tac alacam!!!
Tarixdə yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!

28.04.2016 Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Sona İsmayılova – SƏNGƏR


APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN
SƏNGƏR
(Lələtəpə şəhidlərinin xatirəsinə)

Ana namusudur, bacı isməti.
Boynuna biçilib ərən xisləti 
Bu ulu millətin uca qisməti,
Haqqın ən müqəddəs yeridir SƏNGƏR!

Ocağı alışıb Babək közündən,
Bir cınqı yayınmaz qırğı gözündən.
Vətən kəlməsindən, Vətən sözündən
Güc alan möcüzə, sehrdir SƏNGƏR!

Müqəddəs olçüdür, müqəddəs mizan,
Varlığı düşmənin varlığın pozan,
Vətəni şəfqətlə bağrına basan ,
Isti bir qucaqdır, mehrdir SƏNGƏR!

Üçrəngli bayrağı dalğalandıran,
Düşmənin bağrını yaxıb-yandıran
Göyçəli Sonanı ilhamlandıran,
Bir döyüş himnidir, şeirdir SƏNGƏR!

Müəllif:SONA İSMAYILOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfiqə Qasımqızı – Şəhidim

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

ŞƏHİDİM

(Allah sənə rəhmət eləsin Təbriz bala!Allah bütün şəhid balalarımıza rəhmət eləsin! ALLAH şəhadətinizi qəbul etsin!)

Şəhidləri aglamazlar deyirlər,
Bəs nə ilə ovunduraq ürəyi.
Fəth etdiyi ucalıqlar zirvədir,
Oğullardır bu vətənin gərəyi.

Göz ilə görünməz,ölçüyə gəlməz,
Göz yaşının nə ağrısı,ağırı.
Hər oğul zirvəyə ucala bilməz,
İgid oğul vətən səni çağırır.

Deyirlər ki,ölməz olur ŞƏHİDLƏR,
Son görüşü bayrağıdır şəhidin.
Son nəfəsdə qucaqlayıb öpdüyü,
Vətənin torpağıdır Şəhidin.

Müəllif: Refiqe Abbasova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YUSİF ƏLİYEV – ANA ŞEİRİ

Ana!
————

Ana, indi əlin gəzmir saçımda
Tez- tez görürəm mən yuxularımda
Sən getdin, elə bil çırağım söndü
Könlümü istidən, ocağım söndü
-‘-
Sənin yoxluğuna dözmür ürəyim
Elə bil sönübdür, göydə Günəşim
Övlad gec anlayar, Ana mərd olar
Ananın yöxluğu, böhük dərd olar
-‘-
Ruhun başım üstə hər gün dölanır
Gözlərimə baxır, sanki ağlayır
Sən mənim ruhumun Şahısan Ana
Damarımda axan qanısan Ana
-‘-
Həyatda olmasın heç kim Anasız
Anasız dünyada görünür cansız
Behiştə açılan qapısan Ana
Övladın gözüsən, canısan Ana

Müəllif: YUSİF ƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru