QƏLƏNDƏR XAÇINÇAYLI

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

MƏĞRUR DAYAN VƏTƏN OĞLU

Məğrur dayan, Vətən oğlu,
Dağıt getsin səngərləri.
Daha yoxdur hesab, sorğu,
Qov yurdundan düşmənləri.

Zəfər sənin, şan sənindir,
Torpağını azad elə.
O, yurd yeri vətənindir,
Hücuma keç Vətən deyə.

Vətən oğlu, igid əsgər,
Güc səndədir, qüdrət səndə.
Düşmən qorxub qaçar gedər,
Sən coşanda, kükrəyəndə.

Qələbəyə az qalmısan,
Bu tarixi bir savaşdır.
Torpağından güc almısan,
Bir nərə çək, yağı çaşdır.

Xalq dayanıb arxanızda,
Çox güclüsən, qüvvətlisən.
Mətin durun sıranızda,
Məğlub olur mənfur düşmən.

Bu qələbə, zəfər bizim,
Azad edin Qarabağı.
Qoy sürünsün dizin-dizin
Qarşınızda düşmən, yağı.

Qeyrətinə qurban oldum,
Ey, Azərbaycan əsgəri.
Yürüşünə heyran oldum,
Can, Azərbaycan əsgəri.

Başda durub komandanın,
Qılınc çalan sərkərdən var.
İrəliyə gedir yolun,
Qələbədir bu addımlar.

Qarşınızda tab gətirmir
Kafir oğlu, ermənilər.
Silahların qoyub gedir,
Əhsən sizə igid ərlər.

Bu, üç rəngli bayrağımız 
Xankəndinə taxılacaq.
Gül açdıqca torpağımız,
Xain düşmən sarsılacaq.

Əhsən sizə igid əsgər,
Qarşınızda baş əyirəm!
Əhsən sizə igid ərlər,
Sizə min alqış, deyirəm!

2 aprel 2016-ci il

Müəllif: QƏLƏNDƏR XAÇINÇAYLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir