ZAUR USTAC – FƏRİD ƏHMƏDOVA İTHAF

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

“DÜNYA  BİR  PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən  olsa, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

*        *        *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək gərəkdi, baxışına baxmağa,

Qəlb adlı əzamızı,  qan vurmağı  saymasaq…

Bizdə ürək nə gəzir,  gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun  haqqı  yoxkən,  Sənin haqqın  çox idi…

*        *        *

“Nə yatdın ki, nə yuxu”,  görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada,  göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda  beş-beş olan, Səndə biri yox idi….

*        *        *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

*        *        *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı samasaq,

Eyibin də yox idi,  barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Etibar Həsənzadə Prezident təqaüdünə layiq görülüb.

Gənc yazar Etibar Həsənzadə Prezident təqaüdünə layiq görülüb. Etibar sevincini belə ifadə edib: ” Prezident təqaüdünə layiq görüldüm. Məni bu təqaüdə layiq gördüklərinə görə, hörmətli prezidentimiz cənab İlham Əliyevə, AYB-nin sədri Anar bəyə, AYB-nin katibi Rəşad Məcid bəyə və hörmətli şairimiz Qəşəm Nəzəfzadəyə təşəkkürümü bildirirəm “. Ustac.az olaraq Etibar Həsənzadəni bu nailiyyət münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ETİBAR VƏLİYEV – VƏTƏN

APREL ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

VƏTƏN

Möhkəm dayan ay vətən!
Sənin başına dönüm.
Ölüm, əvvəl torpağa,
Sonra daşına dönüm.
Bu təzadlı dünyada,
Üzü dönük dünyada,
Mən niyə ölmədim ki. 
Qalıb nələri gördüm,
Nələr görmədim vətən!

Oğul gördüm,
Yolunda can verdi, 
Şəhid oldu.
Oğul gördüm,
Yolunda əl verdi, ayaq verdi,
Canı yarıcan oldu,
Vətən üçün savaşda,
Şəhidə şahid oldu.

Oğul gördüm qurbətdən,
Sənə daş atdı vətən,
Əli də qurumadı.
Hədyan dedi danışdı,
Dili də qurumadı.
Qurban olum ay vətən,
Sığın mənim içimə.
Səni qorumaq üçün,
Qoy canına bürünüm,
Sinəndə daşa dönüm.
Düşmənin sənə atdığı daş da,
Mənim daşıma dəysin.
Sapı bizdən olar baltalar,
Mənim başıma dəysin,
Ölüm sənə görə,
Təki sən yaşa ay vətən!
Atasından, anasından küsən,
Sapı bizdən olan baltalar, 
Səni baltalayır.
Sənin suyunu içib,
Çörəyini yeyənləri gördüm,
Quduzlaşıb,
Canavar tək ulayır.
Qürbətə çəkilib, 
Arxanca it kimi hürür.
Qürbət küçələrdə meydan sulayır,
Sənin qudrətini görəndə,
Susur,
Tülki kimi quyruq bulayır.
Milyonların içində beş-altı nadan olar,
Nadanlar nə bilir ki,
Vətən elə anadır,
Anaya daş atmazlar.
Sənə daş atanlara,
Haqqını halal etmə,
Halal etmə vətən!

Müəllif: Etibar Vəliyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru