ANTİSKOLİOZ TƏDBİRLƏR

Martın 10 da yekunlaşması nəzərdə tutulan antiskolioz tədbirlərinin vacibliyini və ona olan marağı nəzərə alaraq müddətini bir ay daha uzatmışdıq. Nəhayət layihəmiz bu gün -10 aprel 2019 -cu il tarixində yekunlaşmışdır. Nəticə çox ürəkaçan olub. Layihənin faydalılıq əmsalı 1.8 olmuşdur. Gələcəkdə ehtiyac olarsa, yeni layihələr təşkil olunacaq.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mövlud Ağamməd – A dağlar…

A dağlar

(Dədə Ələsgərin ruhu qarşısında baş əyirəm)

Bahar fəsli,yaz ayları gəlməmiş,
Süsənlərin saralıbdı,a dağlar.
Varlı,kasıb dincin almır qoynunda,
Yollarını qar alıbdı,a dağlar.
***
Hanı bahar fəsli yaxşı bir çağın?
Kəsilib çeşməndən gözəl yığnağın.
Dadı yox pendirin,yağın.qaymağın,
Zənbur nədən bal alıbdı,a dağlar?
***
Qaçqın oldu,düşdü ellər aralı,
Ayrılıqdan ürəkləri yaralı.
Mənfur düşmən səndə çoxmu qalalı?
Gül-çiçəyin qaralıbdı,a dağlar.
***
Ələsgərim,yurdun viran–talandı,
Ocaqların üstə ocaq qalandı.
At oynadır ermənilər,yalandı?
Yuvalarım sar alıbdı,a dağlar.
***
Mövlud, getməz oldum doğma elimə,
Əli yetməz oldu mənim əlimə.
Necə dözüm bu nagahan “ölüm”ə,
Qəlbim ahu-zar alıbdı,a dağlar.

25.07.2014. Zərdabi.

Müəllif:Mövlud Ağamməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru