Adil Cəfakeş – Dağlar.

DAĞLAR

Yenə də üzünə gülür təbiət, 
Köksün çiçəklənir, güllənir dağlar. 
Əriyir quzeydə yığılan qarın, 
Çayların çağlayıb sellənir dağlar.

Çobanlar dik yolu qalxıb burulur, 
Köhlənləri əldən düşüb yorulur. 
Hay – küy qopur, çadır, dəyə qurulur, 
Yenə yaylaqların ellənir, dağlar.

Yaşıl biçənəyi çiskin, şeh vurur, 
Bülbüllər fərəhlə hey cəh – cəh vurur. 
Səhər – səhər həzin – həzin meh vurur, 
Otlar sığallanıb, tellənir dağlar.

Əsir həzin – həzin mehlər, küləklər, 
Sutək dalğalanır göy biçənəklər. 
Leysan tökür, atəş açır şimşəklər, 
Daşlar yuvarlanıb, hellənir dağlar.

Çuçəkli mənzərən, bu gözəl halın –
Coşdurdu Adilin şeir xəyalın. 
Şiş qaya başından qoca qartalın, 
Süzüb şikar üstə millənir dağlar.

1987

Müəllif: ADİL CEFAKES

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir