Aşıq HEYDƏR – Dağların…

DAĞLARIN
(Ağbaba folklorundan örnəklər )
Aşıq Heydər (1867-1949)

Duman – çiskin basıb, görünməz olub,
Görünmür yaxası, başı dağların.
Mətahdı, qızıldı, gövhərdi, ləldi,
Torpağı, qayası, daşı dağların.

Gözündən tökülür qan ilə yaşı,
Özü də başlayıb dərdlə savaşı.
Yenə yada düşür pendir – lavaşı,
Dadlı çəkməcəsi, aşı dağların.

Nə vaxtdı irağam, sinəm dağlıdı,
Oraya uzanan yollar bağlıdı.
Aşıq Heydər naləlidi – ahlıdı,
Bu il betər gəlib qışı dağların.


DAĞLARIN

Çəkilmir başından duman – çiskini,
Nə betər dəyişib halı dağların.
Qar gəlib yolları – izləri tutub,
Ağarıb yamacı – yalı dağların.

Sökülüb binəsi, köç edib ellər,
Başlayıb əsməyə boranlar, yellər.
Çağlamır bulaqlar, kükrəmir sellər,
Çəkilib heyvanı, malı dağların.

Heydər qan ağlayır, yurddan gen düşüb,
Qəzanın qədəri – “Xoya” yön düşüb.
Dərdə ac – yalavac, ləlöyün düşüb,
De hanı motalı, balı dağların!?

Qeyd:– Xoy cənubi Azərbaycanin şəhəri

Ağbaba aşıqları. (Ağbaba mahalı)

İLKİN MƏNBƏ: Abulfat Heydar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir