HƏDİYYƏ ŞƏFAQƏT

PƏNCƏRƏMDƏ BİTƏN ÇİÇƏK…

Ayrılmaz bu gecənin ay doğan açıqlığından işıq 
Çəkməz əllərini küçə fənərlərinin yaxasından kölgə
Xəfif -xəfif dindirər ayaq səslərini qumlu səki 
Ağacların 
Göy üzünü tora salan budaqları xəlvətcə boylanar 
Şəhərin sirrinə doğru – bəlkə… bəlkə… bəlkə…

Uzaqdan 
Su parıldayar, işım-işım 
Uzaqdan yaz quşlarının qanad çırpıntıları gələr 
Evlərin 
Kədərli, kədərsiz tənhalığında 
Sönər 
Sönər qaranlığa doğru bütün pəncərələr…

Yuxusunu kim pozar bu nağılın, bu əfsanınin 
Kim yozar, 
Kim yozar qapalı gözlərinin o tayındakı yolların açmasını 
Mən 
Nə gedən səyyahlara qulaq verərəm, nə gələn səyyahlara, 
İzlərəm 
Kiçik bir qız uşağının çöllərə doğru qaçmasını…

Kimsə, Tanrının unudulduğunu düşünə bilər, 
Kimsə getdiyini
Bəndə bəndəyə, Tanrı yer üzünə etməz 
Bu könül məbədləri ölkəsində, 
Üstünə kölgə enən çınqıllı səkilərdən yayılan səsin 
Ürəyimizə etdiyini…

Yaralı ağacların yarasının sağaldığı, 
Ağrısının səngidiyi zamandır 
Qoparmayın çiçəkli budaqları gövdəsindən 
Hər gecə 
Qoşa işıqlar baxır pəncərəmin o tayından 
Qəlbimin 
Göz yaşları gülümsəyən adamlar ölkəsində…

Müəllif: HƏDİYYƏ ŞƏFAQƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir