Zaur Ustac müsabiqə elan edir

“Yazarlar” jurnalı “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalı ilə birlikdə Əliş bəy Kərəmlinin anadan olmasının 700 illiyi münasibəti ilə “KƏRƏMLİ – 700” Layihəsi tədbirləri çərçivəsində doğma ana dilimizdə yazıb – oxumağı bacaran milliyyətindən, dinindən, irqindən, vətəndaşlığından asılı olmayaraq bütün məktəblilər üçün “Zaur Ustacın Əliş və Anna poemasında tarixi həqiqətlər” mövzusunda inşa müsabiqəsi elan edir. Poema ilə aşağıdakı lingdən istifadə etməklə və əsas kitabxanalara (elektron variantı da var) müraciət etməklə tanış olmaq olar:

Linglər:

ZAUR USTAC – ƏLİŞ VƏ ANNA

Şərtlər:

“Zaur Ustacın Əliş və Anna poemasında tarixi həqiqətlər” ad altında yazılmış inşa müəllif haqqında məlumat da qeyd olunmaqla ya bu yazının şərh bölməsinə ya da zauryazar@mail.ru e-mail ünvanına göndərilə bilər. Əlavə olaraq Zaur Ustac səhifəsində də paylaşmaq olar.

İnşalar məhdudiyyətsiz və redaktəsiz yazarlar.az və ustac.az saytlarında yerləşdiriləcək.

Sonda bütün göndərilmiş inşalar toplu halında nəşr olunacaq.

Qaliblər pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Vaxt:

21 aprel 2019 – 21 aprel 2020. ( inşalar 21 fevral 2020-ci ilə qədər qəbul olunacaq)

BÜTÜN İŞTİRAKÇILARA UĞURLAR ARZU EDİRİK !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Şamaxlılı Əliş bəy Kərəmlinin doğum günüdür

Bu gün dünya şöhrətli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin döğum günüdür. O, böyük insanı rəhmətlə anır, ruhu şad olsun deyirik.

QISA ARAYIŞ:

Əliş bəy Kərəmli Miladi ilə 1322 – ci il aprelin ayının 21 – də Şamaxıda anadan olmuş, 22 – si iyun 1371 – ci ildə Rusiyada – Moskva-Smolensk yolunun 9-cu kilometrliyi xain saldırı nəticəsində həlak olmuşdur. Dünya şöhrətli şamaxılı memar öz dövrünün tanınmış şəxsiyyətlərindən biri kimi (Avropada onu Şamaxılı Alis kimi tanıyırlar), zamanının demək olar ki, bütün məşhur, inkişaf etmiş şəhərlərində, mədəniyyət mərkəzlərində olmuş və bir çoxunda öz əsərlərini (körpülər, məscidlər, karvansaraylar, saraylar, qəsrlər və olduqca müxtəlif təyinatlı binalar – onun hələ o dövrdə dörd mərtəbəli bina tikdiyi də məlumdur) yaradaraq, tarixdə öz heç vaxt itməyəcək, parlaq izini qoyub getmişdir. Onun ən məşhur əsəri bu gün hamımızın Moskva Kremli kimi tanıdığımız, Kərəmli qalasıdır. Çox təəssüfki, bu möhtəşəm qala görkəmli memarın son işi olmuş, bir az paxıllıq, bir az xəyanət nəticəsində tikinti başa çatdıqdan sonra qətlə yetrilmişdir. Bu gün onun həqiqətən də real tarixi şəxsiyyət olub, Şamaxıda yaşayıb-yaratdığını sübut edən maddi-mədəniyyət nümunələrinın qalıqları müasir Şamaxı şəhərində qalmaqdadır. Məsələn, yaşlı insanlardan “Əliş bəyin tikdiyi körpü hardadı ?” – soruşsanız. Heç düşünmədən “köhnə körpü” – nün yerini sizə göstərəcəklər. Və onlarla digər qədim tikililərin yerləri, qalıqları məlumdur.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru