Zaur Ustac müsabiqə elan edir

“Yazarlar” jurnalı “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalı ilə birlikdə Əliş bəy Kərəmlinin anadan olmasının 700 illiyi münasibəti ilə “KƏRƏMLİ – 700” Layihəsi tədbirləri çərçivəsində doğma ana dilimizdə yazıb – oxumağı bacaran milliyyətindən, dinindən, irqindən, vətəndaşlığından asılı olmayaraq bütün məktəblilər üçün “Zaur Ustacın Əliş və Anna poemasında tarixi həqiqətlər” mövzusunda inşa müsabiqəsi elan edir. Poema ilə aşağıdakı lingdən istifadə etməklə və əsas kitabxanalara (elektron variantı da var) müraciət etməklə tanış olmaq olar:

Linglər:

ZAUR USTAC – ƏLİŞ VƏ ANNA

Şərtlər:

“Zaur Ustacın Əliş və Anna poemasında tarixi həqiqətlər” ad altında yazılmış inşa müəllif haqqında məlumat da qeyd olunmaqla ya bu yazının şərh bölməsinə ya da zauryazar@mail.ru e-mail ünvanına göndərilə bilər. Əlavə olaraq Zaur Ustac səhifəsində də paylaşmaq olar.

İnşalar məhdudiyyətsiz və redaktəsiz yazarlar.az və ustac.az saytlarında yerləşdiriləcək.

Sonda bütün göndərilmiş inşalar toplu halında nəşr olunacaq.

Qaliblər pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Vaxt:

21 aprel 2019 – 21 aprel 2020. ( inşalar 21 fevral 2020-ci ilə qədər qəbul olunacaq)

BÜTÜN İŞTİRAKÇILARA UĞURLAR ARZU EDİRİK !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir