Səyyad Hüseynov – Yaylaqlar…

Yaylaq lövhələri

Rəngarəngdir lövhələri yaylaqların,

Duman altda,daģ döşündə tala qarın,

İyulda da,avqustda da ilk baharın

Xallı donu yaylaqların lövhəsidir.

* * *

Dərələrdən qijha-qijla çaylar axır,

Gözəlliyə sevinc dolu gözlər baxır,

Çəmənlikdə qoyun-quzu,qara naxır, .

Bu sürülər yaylaqların lövhəsidir.

* * *

Dolaylardan dağ döşünə duman gəlir?

Çən yeriyir,alaçıģa yaman gəlir,

Çən çəkilə,gün çıxmağa güman gəlir,

Duman-çən də yaylaqların lövhəsidir.

* * *

Soyuq bulaq əl üşüdür,diş üşüdür,

Amansızlıq eyləyərək adın güdür,

İçməsən də belə ne’mət əldən gedir

Bulaqlar da yaylaqların lövhəsidir.

* * *

Arzularım dilə gəlir,qəlbə yatır,

Sevgililər bir-birinə min naz satır,

Qız yüyürür,oğlan qovur,ona çatır,

Bu qovuşlar yaylaqların lövhəsidir.

* * *

Sıldırımlı,dərəsi var bu yerlərin,

Düzənlikdə,çəmən üstə şehi sərin,

Dağ yerində şəfası var səhərlərin,

Bu səhərlər yaylaqların lövhəsidir.

* * *

İsti suyun,turş suların hikməti var,

Bu sulardan xəstə düşən şəfa tapar,

Yaylaqlara seyrə çıxın ey insanlar

Əsas insan yaylaqların lövhəsidir.

* * *

Ovlağıdır bu gözəllik çobanların,

İsti çəkmiş,bura gələn mehmanların,

Qonaq olan,qonaq edən dostun,yarın

Səfərləri yaylaqların lövhəsidir.

* * *

Yaylaqlarda at minməyin öz yeri var,

At minməsən acizliyə söz yeri var,

Daģ yolları azca deyil,yüz yeri var,

Daģ yolu da yaylaqlarin lövhəsidir.

Müəllif: Səyyad Hüseynov (Mənbə: İlqar Hüseynov)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nuridə Misir – Dağlar…

Dağların

Dağlar mənim əzizimdi, canımdı,

Həm qarıyam, boranıyam dağların.

Aşiqimdi ,qoymaz məni gözündən,

O, canımdı, cananıyam dağların.

* * *

Nə gəlib gedənlə verər sorağı,

Yaşıldı meşəsı, qardı papağı.

Kimsəni sevəmməz, məndən savayı,

Olçüsüyəm, meyarıyam dağların.

* * *

Qış keçər, yaz gələr,dağlar dincələr,

Buz bulaqlar baldırğana boy verər.

Nuridəyə zirvəsindən pay verər,

Sıra-sıra karvanıyam dağların.

3 dekabr 2013

Dağların

Nuridə Misir:

Murovmuş,Kəpəzmiş dərdim,məlalım,
Qoca Dəlidağı mən hardan alım?
Yaman qəribsədim, gəl, qadan alım,
Donubdu könlümdə qarı dağların.

Milli Daşqın:

Ruhumu dağlarda itirmişəm mən,
Bir ömrü beləcə bitirmişəm mən.
Könlümə intizar gətirmişəm mən,
Yarı ilk eşqimin, yarı dağların.

Nuridə Misir:

Daş dərd düşüb, xəstə canım üstünə,
Orda qəbrim, gedəmmirəm üstünə.
Qəlbi sınıb, düşmən gəlib üstünə,
Bürünüb dumana arı dağların.

Milli Daşqın:

Təkcə əyilməyən başındı, Vətən,
Bahar sənə borclu, qışındı Vətən.
Torpağın torbayla daşındı, Vətən,
Talandı dövləti, varı dağların.

Nuridə Misir:

Bu qədər həsrəti gördün, Nuridə,
Bu qədər kədəri sevdin Nuridə?
Bir ömrü, ikiyə boldün Nuridə,
Yarı səninkidi, yarı dağların.

Milli Daşqın:

Sev yurdun dağını, daşını Daşqın,
Ourban ver dağlara başını Daşqın,
Heç kim bilə bilməz yaşını Daşqın,
Bu qoca dağların, qarı dağların.

29 iyul 2016


Boş qalıb

Üzü bəri baxan dağlar,
Ruh şıxıb, bədən boş qalıb.
Çarığımı daş aparıb,
Köşəsiz pinəm boş qalıb.

Çiçək çəməndə quruyur,
Bülbül xar olub, zarıyır.
Ərişim, arğac arıyır,
Həvəsiz ilməm boş qalıb.

Kədər sevdi Nuridəni,
Kökəltdi dostu sitəmi.
Məni tək qoydun eləmi?
Yiyəsiz binəm boş qalıb.

9 avqust 2016

Dağ çığırı ayrılıqdan təklənər

Külək əsər, ağaç aşar, daş gələr,
Qara bulud al Günəşi kölğələr.
Dağ çığırı ayrılıqdan təklənər,
Ana yola bitişməz ki, bitişməz.

Ərşə qalxar bu sevginin həsrəti,
Özün seçdin ayrılığı, həsrəti .
Daşıyıram sevgim boyda həsrəti ,
Əlim sənə yetişməz ki, yetişməz .

Kədər dolu bir badəymiş ürəyim ,
Bu dünyada nələr çəkmiş ürəyim .
Sən də kiri, sus… ağlama ürəyim ,
Bu ayrılıq ötüşməz ki, ötüşməz.

26 aprel 2019

Müəllif: Nurida Misir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM YAQUBOĞLU – DAĞLAR

DAĞLAR

Bir qəribəm , sizdən ayrı ,
Deyin , necə qalım , dağlar !?
Qəriblikdə , boz çöllərdə 
Necə məskən salım , dağlar ?

Bəxtimin üzü dönəndən ,
Odum – ocağım sönəndən ,
Sizdən ayrı düşən gündən ,
Yaman olub halım , dağlar .

Dumanla , çənlə görüşdüm ,
Həsrət dərdim , qəm bölüşdüm .
Gülşənimdən ayrı düşdüm ,
Qanqaldı sağ – solum , dağlar .

Çoxdan sizi görəmmirəm , 
Sizsiz deyib güləmmirəm .
Ziyarətə gələmmirəm ,
Bağlanıbdır yolum , dağlar .

Atla qalxıb Böyük yala ,
Boylanaydım sağa , sola .
Çayqoşandan düşüb yola ,
Köhlənimi yorum , dağlar .

Dərdim çoxdur , yaram dərin ,
Əsiriyəm dərdi – sərin .
Öözüm kimi qəriblərin 
Halın necə sorum , dağlar ?

Sizsiz bağrım para – para ,
Gecəm zülmət , günüm qara .
Burda düşsəm dar məzara ,
Çatlayacaq gorum , dağlar .

Yazda çaylar aşıb – daşır ,
Yal – yamaclar yaşıllaşır .
Yaquboğlu şeir qoşur ,
Sizə qurban olum , dağlar .

DAĞLAR

Bir vaxt ağuşuna alardı məni , 
İndi aralıdan görünən dağlar .
Ayağı torpağa möhkəm bağlanıb ,
Başı asimana dirənən dağlar .

İgidlər , ərənlər , ərlər yetirib , 
Şahlar yola salıb , izlər itirib .
Sinəsi al – əlvan güllər bitirib , 
Zirvəsi dumana bürünən dağlar .

Əsirdir düşmənə yağıya indi , 
Yurd olub yaltağa , dığaya indi .
Dönüb dilimizdə ağıya indi , 
Qoynunda ilanlar sürünən dağlar .

Başının üstünü yağı alıbdır ,
Obası , oymağa viran qalıbdır .
Mülkü talan olub , yağmalanıbdır ,
Sərvəti yad əllə kürünən dağlar .

Arana həsrətdir , düzə həsrətdir ,
Aşığa , muğama , sözə həsrətdir .
Vəfasız çıxmışıq , bizə həsrətdir , 
Qəlbi həsrət ilə döyünən dağlar .

Yol çəkir gözləri , elatsız qalıb , 
Nəbisiz , Həcərsiz , Bozatsız qalıb .
Paşasız , Sultansız , urvatsız qalıb ,
Nazim vüqarıyla öyünən dağlar .

.Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mərziyə Sarvan – Dağlar…

Dağlar.

Başında buludlar, üstündə çisgin,

bürünmüsən dumana dağlar.

Bilirsən, həsrətdi ürəyim sənə,

Bircə ümüd qalıb, gümana dağlar…

* * *

Nə vaxtdı yollara hey boylanırsan,

Gedəndən-gələndən soraqlayırsan,

Yollara baxmaqdan heç doymayırsan,

Bəlkə səsim düşə, cahana dağlar…

* * *

Nigaran elindən xəbərin varmı?

Yenə zirvələrin bəmbəyaz qarmı?

Qartalların susur,qıy vuran sarmı?

Qayıdam əvvəlki, zamana dağlar…

* * *

Gəlib qarış-qarış gəzərəm sizdə,

Gül-çiçək toplaram çəməndə-düzdə,

Kol-kosla bağlanmış çığırda-izdə,

Sanaram yetmişəm imana dağlar…

* * *

Sizinçün söz yazıb, etmişəm bəstə,

Vətən həsrətindən olmuşam xəstə,

Elə kövrəlmişəm bu son nəfəsdə,

Dönmüşəm inləyən kamana dağlar…

Dağlar

Atlas yaylığını salıb çiyninə,

Yenə boylanırsan, hayana , dağlar?

Güllü paltarını geyin əyninə,

Laləyə, nərgizə boyan, a dağlar…

* * *

Həsrətdən küləklər bir haray salıb,

Dərədəki çaylar,şivən qoparıb,

Gözlərin yollara dikili qalıb,

Bəlkə nalən yetə bu yana dağlar…

* * *

Baxıram, uzaqdan yaşarır gözüm,

Axır yanağımdan yaş süzüm-süzüm,

İstərəm qoynunda doyunca gəzim,

Çətin qəlbim dözüb, dayana dağlar…

* * *

Adınız qəlbimdə “Dağdı” vətəndən,

Zirvələr görünmür yenə də çəndən,

Nigaran qalmışam illərdi səndən,

Bəlkə, yatmış elin oyana dağlar.

2018

Müəllif: Merziye Sarvan Meri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Lilpar Cəmşidqızı – Dağlar…

Görmürəm dağlar

Yenə xəyallarım ləpələnibdi ,
Sahilsiz ümmantək səpələnibdi.
Dərdim ürəyimdə təpələnibdi,
Bəxtəvər çağları görmürəm, dağlar.

Zirvələr vüqarın, şanın itirib,
Xoş keçən günlərin, anın itirib.
O yerdə, igidlər qanın itirib,
Yuxumda dağları görmürəm, dağlar.

Baharda bağçada gül-gülü səslər,
Naz edər qönçələr, bülbülü səslər.
Bağbanlar ağacda meyvəsin bəslər,
Quruyan bağları görmürəm, dağlar.

O vaxtlar başlardı əkin-biçunlər,
İndi torpaqlarım dərdindən inlər.
Sarıbdı Yurdumu hikkələr, kinlər,
Birləşən tağları görmürəm, dağlar.

Alışdı həsrətim ocaqda, qorda,
İnləyir nigaran ruhlarım orda.
Bir Atam var idi, bir Anam orda,
Köçübdü, sağları görmürəm, dağlar.

Bilmirəm bu nə ov, bu nə tələydi,
Dərdimi gözümdən qanan gələydi.
Lilparam, halıma yanan gələydi,
Anamtək ağları görmürəm, dağlar.

Aşıq, çalma “Ruhanı”ni

Pərdə-pərdə tel ağlayır,
Daşır çaylar, sel ağlayır.
Yurd-yuvasız el ağlayır,
Aşıq, çalma”Ruhani”ni.

Bağçaların gülü yoxdu,
Ocaq sönüb külü yoxdu.
Muğamatın dili yoxdu, 
Aşıq, çalma “Ruhani”ni.

Dağlarımda qar sevmişdim,
Bağlarımda bar sevmişdim.
O yerlərdə yar sevmişdim,
Aşıq, çalma “Ruhani”ni.

Bulaqların gözü kordu,
Ürəyimin başı qordu.
Bu həsrətim məni yordu,
Aşıq, çalma “Ruhani”ni.

Sınıb qolu dirəyimin,
İtib ətri çörəyimin.
Təpəri yox ürəyimin,
Aşıq, çalma “Ruhani”ni.

Bir sonasız göl olmuşam,
Axıb-axıb hey dolmuşam. 
Dərdi, qəmi mən almışam,
Aşıq, çalma “Ruhani”ni.

Nə Anam var, nə də Atam,
Nə evim var, orda yatam.
Solub gülüm, solub butam,
Aşıq, çalma “Ruhani”ni.

Duman gəlməz çəndən ayrı,
Sünbül olmaz dəndən ayrı.
Düşüb Vətən məndən ayrı,
Aşıq çalma “Ruhani”ni.

Bilaqların Lilparıyam,
Batıb günüm,sapsarıyam.
Bölünmüşəm, tən yarıyam,
Aşıq çalma “Ruhani”ni.

Müəllif: LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – DAĞLAR

D A Ğ L A R

Payız gəldi, elat köçdü,

Qaldın keçəl,kola dağlar.

Sazaq düşdü,çəmən uçdu,

Həsrət izə, yola dağlar.

* * *

Yurd yerinə kədər yağır,

Binələrin yetim, sağır,

Görkəmin də yazıq, fağır,

Düşdün yaman hala dağlar.

* * *

Sinəndə at çapanın yox,

Daşa kömbə yapanın yox,

Hay-harayın, çobanın yox,

Çəkilib şum, mala dağlar,

Uçub getdi güllü yazın,

Birdən öldü sevgin, nazın,

Kökdən düşüb qara sazın,

Kim dindirə, çala dağlar?

* * *

Qorxub qaçmır məğrur təkə,

Kəklik gəzir səkə – səkə,

Arısı yox, balın çəkə,

Özü həsrət bala dağlar.

* * *

Çal – çağır da perik düşüb,

Qəm, qüssədən bağrı bişib,

Öfkəsini həsrət deşib,

Qəlbi şan-şan,tala dağlar.

* * *

Mayıl, dağlar daşa dönüb,

Bir bədənsiz başa dönüb,

Yaylaq “heyf”ə, “kaş”a dönüb,

Qalıb daldan, dala dağlar.

DAĞLAR DÖNÜBDÜ

Gələni, gedəni qeybə çəkilib,
Bu dağların üzü daşa dönübdü.
Başına göylərdən bulud tökülüb,
Sevinci gözündə yaşa dönübdü.

* * *
Nədənsə,bu dağlar köksün ötürür,
Çəməni çiçək yox,qanqal bitirir,
Xifətdən asqırır, əsnək gətirir,
Ağlını itirmiş başa dönübdü.
* * *
Duman, çən alıbdı dar bələnləri,
Ta görünmür sazı, söz bilənləri,
Arana yollayıb qız — gəlinləri,
Zirrvələr qarlanıb qışa dönübdü
* * *
Mayıl, artıq burda qulaqlar batır,
Deyirlər, göylər də bu dağda yatır,
Deyəsən dağların axırı çatır,
Qanadı qırılmış quşa dönübdü.

V A X T I D I

Gəl çıxaq dağlara, düşək cənnətə,
Dağların sevinən, gülən vaxtıdı.
Qucaqla çəməni, bax təbiətə,
Baharın çölləri silən vaxtıdı.
* * *
Əlini uzatsan göylərə çatar,
Buludlar yıxılıb zirvədə yatar,
Xəstə də bu yerdə azarın atar,
Dağların dərdləri bilən vaxtıdı.
* * *
Yamaclar naxışlı xalıya dönüb,
Elə bil ulduzlar çəmənə enib,
Duyğular atlanıb ağ ata minib,
Sevincin kədəri bölən vaxtıdı.
* * *
Dar qobular cərgə-cərgə düzülür,
Daş altından saf çeşmələr süzülür
Ayaqlar burada yerdən üzülür,
Arzuların göydən gələn vaxtıdı.
* * *
Mayılam, dağlardan aralı düşdüm,
Səhrada dolaşdım, aranda bişdim,
Gözəlliyi boz çöllərə dəyişdim,
Kədərin öfkəmi dələn vaxtıdı.

28. 04. 2018.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sakit İlkin – Bu dağlar…

BU DAĞLAR…

Bu dağlar dərdini mənə danışdı,

Soyuldu sinəmin yara qatları …

Bu dağlar gör necə dayanıb,

Allah, Ürəkdə bu boyda dərə çatları…

* * *

Zirvələr səslədi,yoxuşlar yordu,

Cigirlar yolumu kəsə saldilar,

Bir agiz oxudum bölùnən yurdu…

Səsimi qaytarib səsə saldilar…

* * *

Bu daglar necə də mənə oxşayir.

Ùrəyi istidi, başi somsoyuq,

Gərib sinəsini yad kùləklərə,

Sinəsi omoyuq, daşi omoyuq…

* * *

Başina döndùyùm qarli daglarin.

Qayasi dogmadi.,daşi tanişdi.

Öpdùm dodağinnan qiz bulaglarin,

Bu daglar dərdini mənə danişdi…

Müəllif: Sakit Ilkin

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Rafiq Göyçəli – Dağlara…


Dağlara, dağlara.

Mənim könlüm qar istəyir,

Gedim dağlara, dağlara.

Əhdi düz ilqar istəyir,

Gedim dağlara, dağlara.


* * *

Dərim yonca, yemliyini,

Turacını, kəkliyini,

Görmək üçün əniyini,

Gedim dağlara, dağlara.

* * *

Əzəmətli baba dağı,

Qonaq, qaralı yaylağı,

Boşdur Şamilin oylağı,

Gedim dağlara, dağlara.

* * *

Dar keçidi dağ yolları,

Sıldırım sal qayaları,

Ov etməyə turacları,

Gedim dağlara, dağlara.

* * *

Naxış vurum dağ, dərəyə,

Baxmaq üçün gözəlliyə,

Rafiq istər söz deməyə,

Gedim, dağlara, dağlara.

Dağa nə varki

Dərdi də, səri də sinəmə hopub ,

Dağ da qürurludu , dağa nə varki.

Titrəyib, göynəyib, hey əsib, coşub,

Dağ da vüqarlıdı, dağa nə varki.

* * *

Köçərdik el ilə oba, oylağa,

Sonsuz zirvələrə, dağa, yaylağa,

Niyə bəs gəlmədi dostlar dağlara,

Dağ da dözümlüdü, dağa nə varki.

* * *

Qafqazın dahisi qoca Şah dağı,

Qızarır, bozarır qaşı, yanağı,

Küsüb kimsizləşib Çənli yaylağı,

Dağın da dərdi var, dağa nə varki.

* * *

İndi ağ örpəyin qana boyanıb,

Tülək, tərlanların alışıb, yanıb,

Ceyranın, cüyürün nisgilcə qalıb,

Dağın da səbri var, dağa nə varki.

* * *

Rafiqəm, gəncliyim dağlarda qaldı,

Düşmənlər sinəmə həsrəti saldı,

Mənim varlığımı əlimdən aldı,

Dağın da səbri var, dağa nə varki.

Müəllif: Rafiq Goyceli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru