Zübeydə Rzayeva – Dağlar…

Dağlar
Yamacında süfrə salar,
Hər insana arxa olar,
Təpəsi qübar bağlar,
A dağlar, ulu dağlar,
Sinəsi dolu dağlar.

Sıldırımı buz bağlar,
Yamacı çiçək açar,
Çeşməsi sərin axar,
A dağlar, ulu dağlar,
Çeşməsi sulu dağlar.

Kəklik çıxar daşına,
Qartal qonar başına,
Yaş gəlsədə yaşına,
A dağlar, ulu dağlar,
Tarixi ulu dağlar.

Ovçu atar oxunu,
Urküdər o ahunu,
Dərər kəklikotunu,
A dağlar, ulu dağlar,
Çiçəyi çoxlu dağlar,

Bir alinmaz qaladır,
Qəhrəmanlar yaradır,
Əzəmətli sıradır,
A dağlar, ulu dağlar,
İgidin yolu dağlar.

Hər daşında igid yatar,
Düşmənin gözünə batar,
Yağı həsrətlə baxar,
A dağlar, ulu dağlar,
Alinmaz qala dağlar.

Dağlar
Sıldırımı hərdən yenə buz bağlar,
Ətəkləri gül-çiçəkli laləzar.
Dağ yolları atlını atdan salar,
Düzulüb sıraya səfalı dağlar.

Ətəyində qoyun quzu səslənər,
Arıları çiçəklərlə bəslənər.
Daş dibində kəklikləri gizlənər,
Qartallı, kəklikli, turaclı dağlar.

Sürüləri otlayar hər oylağı,
Cöbanları yeyər balı,qaymağı.
Xoş qarşılar gələn hər bir qonaği,
Qonaqlı-qaralı, vəfalı dağlar.

Şaqqildayıb axar yenə dağ çayı,
Meşələrə səs salar onun hayı.
Gözəl olar kəklik otunun çayı
Şəfalı bitkilər oylağı dağlar

Yay gələndə açar süsən, sünbülü,
Gül üstündə cəh-cəh vurar bülbülu.
Arıları dadar hər açan gülü,
Dərtlərin dərmanı şəfası dağlar.

Müəllif: ZUBEYDE RZAYEVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir