ETİBAR VƏLİYEV – ŞEİRLƏR

DƏRDİ VAR
Başa keçmək istəmirəm,
Qardaş, başın baş dərdi var.
Uca dağların dağ dərdi,
Yerdə daşın daş dərdi var.

Kasıbın yavan dərdi var,
Ev dərdi, tavan dərdi var.
Cavanın cavan dərdi var,
Qocanın da yaş dərdi var.

Evi sökülən gözəlin,
Beli bükülən gözəlin,
Saçı tökülən gözəlin,
Kiprik dərdi, qaş dərdi var.

İçim çölumdən sonradı,
Cəza zülümdən sonradı.
Sir də ölümdən sonradı,
Pünhan sirrin faş dərdi var.

Başında duman olanın,
Fikri bədgüman olanın,
Sonra peşiman olanın,
Hayıf dərdi, kaş dərdi var.
25.10.2018

Müəllif: ETİBAR VƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir