AD GÜNÜNÜZ MÜBARƏK



Bu gün hamımızın sevimlisi, gözəl insan, elm-təhsil, mədəniyyət ümumilikdə götürdükdə xalqın, gəncliyin maariflənməsi yolunda yorulmaq bilmədən çalışan (…tam səmimi, hərdən öz-özümə düşünürəm, bu insan bir belə işə necə vaxt tapır…), hər addımda A. Bakıxanovun, M. F. Axundovun, H. Zərdabinin, yeri gəldikdə Mirzə Cəlilin müasir dövrümüzdə layiqli davamçısı təsiri bağışlayan, elmini əsirgəməyən alim, Aydın Xanın (Aydın Xan Əbilov) doğum günüdür. Ad gününüz mübarək, Aydın müəllim!!! Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUZEYLƏR PULSUZ OLACAQ

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.

“Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə  təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji – Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix – Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix – Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafadə yerləşməsi nəzərə alınıb.

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.

İLKİN MƏNBƏ:

Məktəblilər üçün muzeylərə giriş ödənişsizdir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru